akut

akut
akustimetr
akva
OBASTAN VİKİ
Akuta
Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. == Toponimkası == Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. Türk dillərində aq və ut (azərbaycanca ot) sözlərindən ibarətdir. XIX əsrdə Qars əyalətinin Oltin dairəsində Aqut-Kom kənd və yayla adı, Aqutir, Azərbaycanda Şəki rayonunda Oxut (Aqut adından təhrif) adları ilə eyni mənadadır. Mal-qaranın yediyi "aq otluq" mənasındadır. XIX əsrdə Cənubi Qafqazda bu adın Aqudi forması da vardı: Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) Aqudi, Qars əyalətinin Oltin qəzasında Axut, Naxçıvanda Aqut-İr, Quba qəzasında Oqudi dağ adı və s. Naxçıvanda Akutir kənd adı ilə eyni bir kənd adı Akutiri formasında Kaxetiyada qeydə alınmışdır.
Akutan adası
Akutan adası (ing. Akutan Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı ərazisinə daxildir. == Etimalogiya == "Akutan" adı aleut mənşəllidir. Belə bir deyim vardır ki, bu isim "hakuta" adından törəmiş və mənası "Mən səhvlər edirəm" mənasını verir. == Coğrafiya == Adada aktiv olan akutan vulkanı vardır. Adanın sahəsi 334,13 km²-dir. Adada 713 nəfər yaşayır (2000). Əhali eyni adlı qəsəbədə yaşayır. ada müasir adı ilə ilk dəfə 1768-ci ildə Pyotr Kuzmiç və Mixail Levaşkov tərəfindən xəritəyə salınmışdır.
Ryunosuke Akutaqava
Rünoske Akutaqava (həmçinin Ryunosuke Akutaqava; 1 mart 1892[…], Tokio[d] – 24 iyul 1927[…]) — Yaponiya yazıçısı. 1892-ci il iyuldə Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. 1915-ci ildə "Rasyamon darvazası" və "Burun" hekayələri işıq üzü görüb. 1920-1923-cü illərdə "Magiya möcüzələri", "Bisey necə inanırdı", "Bir qisasın tarixçəsi", "Susanoo-no-mikoto, "Susanoo-no-mikoto ahıl çağlarında", "Tanrı Aqni", "Qəribə hekayət", "Xanım Rokunomiya", 1924-1927-ci illərdə "Sanemonun cinayəti", "Məktub parçası", "Momotaro", "At ayaqları", "Ölümdən sonra", "Karmen", "Suadamları ölkəsində", "Tanekonun kədəri", "Yuxu" və s. novellalar yazıb. Yazıçının 1927-ci ildə yazdığı "İlğım" və "Dişli çarxlar" hekayələrində və "Səfehin həyatı" povestində özünə qəsd etmək meylləri aydın duyulur. Bu əsərlər müəllifin o vaxtkı psixi vəziyyətini hər şeydən yaxşı əks etdirir. Rünoske Akutaqava 1927-ci il iyul ayının 24-də yüksək dozada yuxu dərmanı içərək özünə qəsd edib. 1935-ci ildə ədəbiyyat sahəsində Rünoske Akutaqava mükafatı yaradılmışdır. Ən məşhur hekayələri: "Raşomon darvazası" (1915), "Burun" (1916), "Cəhənnəm əzabları" (1918) və "Sıx meşədə" (1922).
Rünoske Akutaqava

Значение слова в других словарях