Ryunosuke Akutaqava
Rünoske Akutaqava (həmçinin Ryunosuke Akutaqava; 1 mart 1892[…], Tokio[d] – 24 iyul 1927[…]) — Yaponiya yazıçısı.
1892-ci il iyuldə Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. 1915-ci ildə "Rasyamon darvazası" və "Burun" hekayələri işıq üzü görüb. 1920-1923-cü illərdə "Magiya möcüzələri", "Bisey necə inanırdı", "Bir qisasın tarixçəsi", "Susanoo-no-mikoto, "Susanoo-no-mikoto ahıl çağlarında", "Tanrı Aqni", "Qəribə hekayət", "Xanım Rokunomiya", 1924-1927-ci illərdə "Sanemonun cinayəti", "Məktub parçası", "Momotaro", "At ayaqları", "Ölümdən sonra", "Karmen", "Suadamları ölkəsində", "Tanekonun kədəri", "Yuxu" və s. novellalar yazıb. Yazıçının 1927-ci ildə yazdığı "İlğım" və "Dişli çarxlar" hekayələrində və "Səfehin həyatı" povestində özünə qəsd etmək meylləri aydın duyulur. Bu əsərlər müəllifin o vaxtkı psixi vəziyyətini hər şeydən yaxşı əks etdirir.
Rünoske Akutaqava 1927-ci il iyul ayının 24-də yüksək dozada yuxu dərmanı içərək özünə qəsd edib. 1935-ci ildə ədəbiyyat sahəsində Rünoske Akutaqava mükafatı yaradılmışdır.
Ən məşhur hekayələri: "Raşomon darvazası" (1915), "Burun" (1916), "Cəhənnəm əzabları" (1918) və "Sıx meşədə" (1922).