alacahöyük 2021

alacahöyük
alacagülü
alacaq
OBASTAN VİKİ
Alacahöyük
Alacahöyük - Çorumun Alaca rayonundan 15 km şimal-qərbdə, Alacahüyük kəndində yerləşən abidədir. Bu abidədə dörd müxtəlif mədəni mərhələyə aid 15 tikinti qatı müəyyən edilmişdir. == Məskunlaşma == Arxeoloji qazıntılar və araşdırmalar nəticəsində əldə edilən arxeoloji tapıntılara əsasən Alacahöyük sakinlərinin yanğından sonra yaşayış məntəqəsini tərk etmədiyi bəlli olmuşdur. Onların mərhumlarını eyni qəbiristanlıqdakı (nekropoldakı) D, H, B və R qəbirlərində hoker və ya cenin vəziyyətində dəfn etdiyi müəyyən edilib. Ən qədim və ən yeni yaşayış məskəninin qəbir formalarında heç bir dəyişiklik izlənilmir. Yanğından əvvəl və sonrakı qəbir tapıntıları da fərqli bir mədəni prosesi əks etdirmir. == Dövrləşmə == Erkən Tunc və Het dövrlərində çox əhəmiyyətli sənət mərkəzi olan Alacahöyükdə dörd sivilizasiya dövrü aşkar edilmişdir. Alacahöyük arxeoloji tədqiqatlarında ilk tapıntılar e.ə. 3500-cü ilə aid olsa da, bəzi tapıntılar tarixi daha 1500 il əvvələ aparır və abidənin eramızdan əvvəl 5000-ci ilə aid olduğunu göstərir. Orta Anadoluda təxminən eramızdan əvvəl 1750-ci ilə qədər davam edən Hatti Dövrü Hetlərin Anadoluya gələrək krallıq qurması ilə sona çatmışdır.
Alacahöyük tunc standartları
Alacahöyük tunc standartları Alacahöyük yaşayış yeri ərazisindəki hökmdar qəbirlərindən aşkarlanmış tunc standartlar seriyasıdır. Kult məqsədilə istifadə edildiyi düşünülən standartların arabalara bərkidilməsi ehtimal olunur. == Kəşfi == 1935–1939-cu illərdə türk arxeoloqlar Hamit Zübeyir Koşay və Rəmzi Oğuz Arık Çorum ilinin Alaca kəndi yaxınlığında yerləşən Alacahöyük yaşayış yerində arxeoloji tədqiqat işləri aparmışlar. Tədqiqatlar zamanı erkən tunc dövrünə aid 14 məzar aşkarlanmışdır ki, bunlar da "hökmdar məzarları" və ya "kral məzarları" adlandırılmışdır. Bu məzarlarda və onların ətrafında aparılmış tədqiqatlar zamanı çoxsaylı artefaktlar, o cümlədən iyirmi bürünc standart aşkarlanmışdır. == Təsvir == Arxeoloq Uinfrid Ortmann (ing.) standartları iki əsas qrupa ayırır. Qruplardan biri fərdi heyvanlardan, digəri isə disk və üzüklərdən (heyvan təsvirləri ilə və ya təsvirlərsiz) təşkil olunmuşdur. O, standartları formalarına və məzmununa görə qruplara bölmüşdür. Fərqi heyvanlar maral və ya öküzlərdir. Dörd ayaq üzərində təsvir olunmu heyvan fiqurlarının ayaqları aşağı uzanaraq birləşir və ehtimal ki, bu hissədə standartlar taxta özülə bərkidilirdi.