Alacahöyük tunc standartları
Alacahöyük tunc standartları Alacahöyük yaşayış yeri ərazisindəki hökmdar qəbirlərindən aşkarlanmış tunc standartlar seriyasıdır. Kult məqsədilə istifadə edildiyi düşünülən standartların arabalara bərkidilməsi ehtimal olunur.
== Kəşfi ==
1935–1939-cu illərdə türk arxeoloqlar Hamit Zübeyir Koşay və Rəmzi Oğuz Arık Çorum ilinin Alaca kəndi yaxınlığında yerləşən Alacahöyük yaşayış yerində arxeoloji tədqiqat işləri aparmışlar. Tədqiqatlar zamanı erkən tunc dövrünə aid 14 məzar aşkarlanmışdır ki, bunlar da "hökmdar məzarları" və ya "kral məzarları" adlandırılmışdır. Bu məzarlarda və onların ətrafında aparılmış tədqiqatlar zamanı çoxsaylı artefaktlar, o cümlədən iyirmi bürünc standart aşkarlanmışdır.
== Təsvir ==
Arxeoloq Uinfrid Ortmann (ing.) standartları iki əsas qrupa ayırır. Qruplardan biri fərdi heyvanlardan, digəri isə disk və üzüklərdən (heyvan təsvirləri ilə və ya təsvirlərsiz) təşkil olunmuşdur. O, standartları formalarına və məzmununa görə qruplara bölmüşdür.
Fərqi heyvanlar maral və ya öküzlərdir. Dörd ayaq üzərində təsvir olunmu heyvan fiqurlarının ayaqları aşağı uzanaraq birləşir və ehtimal ki, bu hissədə standartlar taxta özülə bərkidilirdi.