Alanqa

Bu xörək adının kökündə “almaq” feili dayanır. “Alanqa” sözü kök + şəkilçi+ şəkilçi modeli əsasında formalaşmışdır. Xörək adlarının formalaşmasından” morfoloji göstəricisi məhsuldar şəkilçi kimi çıxış edir. Bu şəkilçiyə ən qədim yemək və xörək adlarının tərkibinə rast gəlirik. Bu şəkilçi olduqca qədim tarixə malikdir. Sözün sonundakı “-qa” şəkilçisi dialekt və şivələrimizdə feillərdən alət, vasitə, obyekt bildirən, konkret və proses bildirən mücərrəd isimlər düzəldir. Alanqanın hazırlanma qaydası belədr: İnək doğandan sonra ilk südü sağılır və həmin süd bir qədər bulandıqdan sonra qaynadılır. Nəticədə “alanqa” alınır. Buna bəzi dialekt və şivələrimizdə bulama da deyilir. Türkmənlərdə “alanqa” bir ev heyvanının adıdır. Bu heyvanın ətindən müxtəlif növ yemək və xörəklər də hazırlanır. Fikrimizcə, bu heyvanın ilk südündən hazırlanan xörək adı “alanqa” ola bilər.
Alana
Albuxara aşı