Alana

Bu qida adı S. Altaylının “Azərbaycan türkcəsi sözlüyü”ndə “alana” və “alanı” şəkillərində və “içərisinə şəkərli cəviz, badam və s. doldurub qurudulmuş meyvə” mənasında qeydə alınmışdır. (21, 31) Bu qida məhsulunun hazırlanma qaydası belədir: Yetişmiş əriyin çəyirdəyi çıxarılır qurudulur və onun içinə əzilmiş cəviz, fındıq, badam və s. (şəkər tozu ilə qarışdırılan halda) doldurulur.
Axtarma
Alanqa
OBASTAN VİKİ
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Alanağ (Bostanabad)
Alanağ (fars. الانق‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 3.434 nəfər yaşayır (954 ailə). Təbriz şəhristanının Bostanabad bölgəsinin Mehranrud kəndistanında, Bostanabad qəsəbəsindən 22 km şimal-qərbdə, Təbriz-Bostanabad avtomobil yolunun 10 kilometrliyindədir.

Значение слова в других словарях