albedo

ру альбедо en albedo de Albedo fr albédo es albedo it albedo
aqreqatlaşdırma metodu
alkilbenzol
OBASTAN VİKİ
Albedo
Albedo (lat. Albedo- ağlıq)- səthin işıqqaytarma qabiliyyətini səciyyələndirən kəmiyyət. Səthindən əks olunan işıq selinin həmin səthə düşən selə nisbəti ilə ölçülür. Günəş radiasiyanın müəyyən səthdən əks olunaraq geri qaytarılmasıdır. Albedo yer səthinin və yerə yaxın hava təbəqəsinin meteoroloji şəraitinin, o cümlədən iqlim şəraitinin formalaşmasında xüsusi rol oynayır. Albedonun və ya əks olunan radiasiyanın miqdarı səthin rəngindən asılıdır. Səth nə qədər çox olar. Günəşdən gələn radiasiya təqribən iki hissəyə ayrılır ki, onun bir hissəsi əks etdirilərək, geri qaytarılır, digər hissəsi isə səth tərəfindən udulur və səthin qızmasına sərf edilir. Bir planet kimi yerin albedosu təqribən 40%-dir. Qalan 60% radiasiya isə səth tərəfindən udulur.
Albedometr
Albedometr (lat. albus — «ağ» + q.yun. μετρέω — «ölçürəm») – hər hansı bir cismin səthinin əksetdirmə xassələrinin miqdari xarakteristikasının (albedo) ölçən aktinometrik cihaz. Stasionar albedometr xüsusi dayaq üzərində qurulmuş termoelektrik piranometrindən ibarətdir; yuxarı və aşağı yarımkürələrdən gələn radiasiya (işıq) selini ölçür. Səyyar albedometrkardan asqısına bərkidilir və əsasən, ekspedisiya şəraitində müxtəlif səthlərin albedosunu müqayisə etmək üçün istifadə edilir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh.

Значение слова в других словарях