ALBANİYA
ALBUXARA
OBASTAN VİKİ
14 (albom)
14 – Azərbaycan reperi PRoMetenin 2011-ci ildə buraxdığı albomudur.
18- (albom)
18- – Azərbaycan müğənnisi Aygün Kazımovanın karaoke albomu. Alboma 18 mahnı daxildir. Albom "SS production"un prodüserliyi ilə işıq üzü görmüşdür.
3 (albom)
#3 (mənası: nömrə 3 deməkdir) — The Script rok qrupunun sayca 3-cü və hələ ki, sonuncu albomu. 7 sentyabr 2012-ci ildə buraxılmışdır. Albomun əsas treki "Hall of Fame" mahnısıdır. Bu albom qrupun 3 albomu içərisində ən uğurlusu sayılır. Albomun trek listinə "Good Ol' Days", "Six Degrees of Separation", "Hall of Fame", "If You Could See Me Now" , "Glowing", "Give the Love Around", "Broken Arrow", "Kaleidoscope", "No Words", "Millionaires" trekləri daxildir. Bonus treklər (sonradan əlavələr) "Moon Boots" və "Hurricanes"-dir. Bu treklərdən hələ ki, 4-nə klip çəkilib. Bunlar "Six Degrees of Separation", "Hall of Fame" (Will. I. Am ilə), "If You Could See Me Now" və "Millionaires" trekləridir.
4 (albom)
4 – Beyonsenin dördüncü studio albomudur.
AM (albom)
AM — ingilis rok qrupu Arctic Monkeys-in beşinci studiya albomu. Ceyms Ford və Ross Ortonun prodüserlik etdiyi albom, Los-Ancelesdəki Sage Sound & Recording və Kaliforniyanın Coşua-Tri şəhərində yerləşən Rancho De La Luna studiyasında yazılıb. AM 2013-cü ilin sentyabr ayında Domino tərəfindən buraxılmışdır. "R U Mine?", "Do I Wanna Know?", "Why'd You Only Call Me When You're High?", "One for the Road", "Arabella", və "Snap Out of It" sinqllarında Coş Homm, Bill-Rayder Cons və Pit Tomas qonaq ifaçı kimi yer alıblar. Psixodelik rok, blüz rok, hard rok, ağır metal, desert rok, R&B, soul və hip hop da daxil olmaqla, AM çeşidli janrlardan olan elementləri özünə birləşdirir. Qrupun, solisti Aleks Törnerin dediyinə görə, əvvəlki albomları olan Suck It and See-dən fərqli olaraq, bu dəfə albomun yaradılmasına başqa cür yanaşıblar. Qrup alboma piano, orqan, Hohner Guitaret və vintaj dram-maşina da daxil olmaqla yeni alətlər daxil etdi. Albomda çirkin romantika, seks və tənhalıq kimi mövzulara toxunulur. Kommersiya baxımından albom Arctic Monkeys-in bu günə qədərki ən uğurlu albomlarından birinə çevrilib, bir neçə ölkədə siyahılarda birinci olub və bir çox başqa ölkələrdə ilk onluğa yüksəlib. BK albomlar hit-paradında birinci yeri tutaraq, ilk həftəsində 157.000-dən çox nüsxə satdı və eyni zamanda 73.000 ədəd sataraq on ilin ən çox satılan vinil albomlarından biri oldu.
Ah...! (albom)
Ah...! – Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 11 mahnı daxildir. == Hazırlanması == Albomdakı bütün mahnıların bəstəsi Cavanşir Quliyevə aiddir. Albomdakı İtkin gəlin mahnısı, İtkin gəlin serialının saundtrektidir. Albomdakı Tənha qadın mahnısı Birinci Qarabağ müharibəsində həyat yoldaşlarını itirmiş qadınlara həsr olunmuşdur. Albomdakı Son gecə mahnısı Cənubi Azərbaycanlı şair Piruz Dilənçinin Son görüş adlı şeirinə bəstələnmişdir. Son görüş adlı şeir şairini şəxsi həyatı haqqındadır. Albomdakı Ot kökü üstə bitər adlı mahnı, 1999-cu ildə lentə alınan və ssenarisi Vaqif Səmədoğluna məxsus olan, Yaşıl eynəkli adam-2 filmində səsləndirilmişdir.
Alone (albom)
Ready for Romance (azərb. Tənha‎) - 2000-ci ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Alışdım (albom)
Alışdım – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun yeddinci studiya albomu. == Albom haqqında == Albomda sırf Nadir Əzimovun bəstələri yer almışdır. Aranjimanların müəllifi Nadir Əzimov və Eldar Məmmədovdur.
America (albom)
America — Thirty Seconds to Mars musiqi qrupunun ilk studiya albomu. 6 aprel 2018-ci ildə yayımlanan albom, Interscope Records etiketi ilə satışa buraxılmışdır.
Albom
Albom bu mənaları ifadə edə bilər:
Amnesiac (albom)
Amnesiac — İngiltərə musiqi qrupu Radiohead-in sayca 5-ci musiqi albomu. 5 iyun 2001-ci ildə işıq üzü görmüşdür. Albomdakı mahnılardan "Pyramid Song", "I Might Be Wrong" və "Knives Out" daha sinql olaraq çıxmışdır. Bu albomdakı mahnılar 2000-ci ildə yayımlanan "Kid A" albomundakı mahnılar ilə birlikdə yazılıb. "Amnesiac" əvvəlvə məhz bu albomun "B üzü" kimi çıxması nəzərdə tutulurdu. Buna görə də bəziləri alboma "Kid B" deyir. Bu albomların üslubları da bir-birinə bənzəyir. "Amnesiac" ənənəvi alternativ rok üslubundan fərqlənərək Radiohead-in bu janrda ifa edən digər qruplardan fərqləndirdi.
Ana (albom)
Ana – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun üçüncü studiya albomu. == Albom haqqında == Albomda Əlibaba Məmmədov, Elçin İmanov, Fikrət Əmirov və s. şəxslərin bəstələri yer almışdır. Aranjimanların müəllifləri isə Eldar Məmmədov, Vasif Axundov, Elçin İmanov və Eldar Əzizlidir.
Araba (albom)
Araba – Mustafa Sandal-ın 1999-cu ildə çıxardığı 4-cü albomudur. == Mahnı haqqında == "Araba" albomu Fransaya məxsus "Sony Music France" leyblı tərəfindən istehsal edilmişdir. Albom uzun müddət Belçika, Fransa kimi avropa ölkələrinin hit-paradlarında yüksək mövqe qazanmışdır. Alboma daxil olan "Araba" mahnısı böyük uğur qazanmışdır. Bu mahnının kaver versiyası Fransa ifaçısı Faudel tərəfindən "La main dans la main" adı altında fransızca səsləndirilmişdir.
Atiye (albom)
Atiye - türk müğənni Atiyə Dənizin ikinci studiya albomu. == Albom haqqında == 24 mart 2009-cu ildə "Atiye" adlı ikinci studiya albomunu Sony BMG etiketi ilə satışa buraxan müğənni, bu albomun ilk video klipini Murad Küçük-ün rejissorluğu ilə Muamma adlı mahnıya çəkmişdir. Bu mahnısı Billboard Türkiyənin Top 20 listində 5-ci yerə, MTV Türkiyənin 5+TR siyahısında isə ilk həftədə 1-ci yerə yüksəlmişdir. Bu albomda Nazan Öncelin mahnısı olan "Aşkına da sana da" və Teoman ilə duet olaraq oxuduğu "Kal" adlı mahnıları da dinləyicilər tərəfindən rəğbət qazanmış və hitə çevrilmişdir. Albomun ikinci klipi "Salla" adlı mahnıya çəkilib. Bu klip də həmçinin Murad Küçük tərəfindən çəkilmiş və iyun ayında yayımlanmışdır. Mahnı Powertürk, Kral TV və Number One TV-də 4, MTV Türkiyə və Billboard Türkiyədə isə 3-cü yerə qədər yüksəlmişdir. Alboma daxil olan "Muamma" və "Salla" sinqlları Balkan ölkələrində də uğurlu olmuş və Balkanika TV-də yayımlanmışdır. Albomun üçüncü klipi olaraq noyabr ayında "Deli ya" adlı mahnı seçilmiş və bu mahnıya klip Kıbrısda çəkilən konsertdən götürülmüş hissələrlə düzəldilmişdir. Albomun dördüncü video klipi də Teomanla birlikdə oxuduğu duetə-Kal duetinə olmuşdur.
Aygün (albom)
Aygün – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomudur. == Hazırlanması == Alboma Azərbaycan bəstəkarları Eldar Mansurov, Cavanşir Quliyev, Vaqif Gərayzadənin əsərləri daxildir. Albomdakı "Bir payız gecəsi" mahnısını erməni müğənni Hayko (Spitakci) Ghevondyan ifa etmiş və öz albomuna daxil etmişdir.Əsərin müəllifi Eldar Mansurovdur. == Mahnıların Siyahısı == == Albomdakı video kliplər == "Я и ты" - 2000-ci ildə yayımlanan bu video klip dövrünün ən möhtəşəm klipi hesab olunur. 2012-ci ilə qədər YouTube video saytında Azərbaycan klipləri arasında ən çox izlənən video adlı liderliyini qoruyub saxlamışdır. "Matros" - 2000-ci ildə yayımlanan növbəti klipdir. Klipdəki aşiqin bütün məşuqələrənin rollarını Aygün Kazımova özü ifa etmişdir. "Məhəbbət üçbucağı" - 2000-ci ildə çəkilən və albomdan yayımlanan son video klipdir. Bir ulduzun həyatından və ona olan fenomen tələbatdan bəhs edən bu klipdə Aygün Kazımovanın günlük yaşantısından çoxlu görüntülər istifadə olunmuşdur. Klipdə Aygün Kazımovanın dostlarına və sənət yoldaşlarına da rast gəlmək mümkündür.
Azərbaycan (albom)
Azərbaycan – bəstəkar, Azərbaycanın xalq artisti Aygün Səmədzadənin 2016-cı ildə satışa çıxardığı musiqi albomu. Tərkibində 4 disk olan alboma müxtəlif dövrlərdə yazdığı 60 musiqi əsəri daxildir. Disklərin adları bəstəkarın mahnıları ilə eyni adı daşıyır. Bu şəhər ikimizindir, Gecikmiş etiraf, Tut ağacım, Məktəb illəri adlı disklərdə əsasən lirik mahnılar yer almışdır. Albom 2017-ci ildə Apple Music, Spotify, Deezer və s. rəqəmsal musiqi platformalarına yüklənmişdir.
Bad (albom)
Bad — Maykl Cekson albomu. == İstinadlar == == Xarici keçidlər == Campbell, Lisa D. Michael Jackson: The King of Pop. Branden Books. 1993. ISBN 978-0-82831-957-7. Brooks, Darren. Michael Jackson: An Exceptional Journey. Chrome Dreams. 2002. ISBN 1-84240-178-5.
Bayatı (albom)
Bayatı (rus. Баяты) — Azərbaycan bəstəkarı Eldar Mansurovun 7 mahnıdan ibarət albomu. Albom SSRİ-nin "Melodiya" ümumittifaq musiqi şirkəti tərəfindən yayımlanmışdır. == Hazırlanması == Alboma yalnız Eldar Mansurovun Vahid Əzizin sözlərinə yazdığı mahnılar daxildir. Mahnıları Rafiq Babayevin bədii rəhbərlik etdiyi Azərbaycan SSR Dövlət Teleradio Şirkətinin Estrada-Simfonik Orkestrinin solist ansamblının üzvləri Brilliant Dadaşova, Cəfər Behbudov, Aygün Kazımova və Firəngiz Rəhimbəyova ifa etmişdir.
Ben (albom)
Ben – Maykl Cekson ikinci albomudur. Albom 1972-ci ildə satışa çıxarılıb. Ceksonun ən uğurlu albomlarından biridir. Albomun bəzi mahnıları dinləyicilər tərəfindən hələ də dinlənir.
Beyonce (albom)
Beyonce – Amerika müğənnisi Beyoncenin beşinci studiya albomudur. == Hazırlanması == Beyonce adını daşıyan albom 14 mahnıdan ibarətdir və hər bir mahnıya klip çəkilmişdir. == Mahnıların Siyahısı == Qeydlər ^[a] 2-ci prodüser ^[b] prodüser köməkçisi ^[c] səs prodüseri "No Angel" albomda "Angel" olaraq qeyd edilmişdir. "Flawless" albomda "***Flawless" olaraq qeyd edilmişdir və Chimamanda Ngozi Adichie'nin "We should all be feminists" adlı çıxışından bir hissə istifadə edilimişdir. "Partition" The Big Lebowski '​dəki (1998) elementlərdən istifadə olunmuşdur.
Blaj (albom)
Blaj (rus. Блажь, azərb. Şıltaqlıq‎, həmçinin kimi tanınan rus. Я тебя люблю, azərb. Mən səni sevirəm‎) — Nikolay Noskovun debüt studiya albomu.
Californication (albom)
Californication — Red Hot Chili Peppersnın yeddinci studiya albomudur. 8 iyun 1999 tarixində yayımlanan albom, Warner Music etiketi ilə satışa buraxılmışdır.
Carpenters (albom)
Carpenters — The Carpenters albomu.
Dangerous (albom)
Dangerous — Maykl Ceksonun albomu.
Detay (albom)
Detay – Mustafa Sandal-ın 1998-ci ildə çıxardığı 3-cü albomudur. == Mahnı haqqında == "Detay" albomu Türkiyəyə məxsus "Prestij Müzik" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Aya Benzer", "Çekilin", "Mevcut" mahnılarına, həmçinin, "Detay" mahnısının remiksinə klip çəkilmişdir.
2000-2010 seçmələri (Ənvər Sadıqov, albom)
2000-2010 seçmələri (Ənvər Sadıqov albomu)
2010-2015 seçmələri (Ənvər Sadıqov albomu
2010-2015 seçmələri – Azərbaycan Respublikasının xalq artisti, musiqiçi Ənvər Sadıqovun üçüncü studiya albomu. Alboma 17 musiqi nömrəsi daxildir. == Albom haqqında == Albomda xalq rəqslərindən tutmuş, Ramiz Mirişli, Elza İbrahimova, Süleyman Ələsgərov, Telman Hacıyev, Tofiq Quliyev, Rafiq Babayev, Adil Bəbirov, Elçin İmanov və Emin Sabitoğlu kimi bəstəkarların əsərləri yer almışdır.
2010-2015 seçmələri (Ənvər Sadıqov albomu)
2010-2015 seçmələri – Azərbaycan Respublikasının xalq artisti, musiqiçi Ənvər Sadıqovun üçüncü studiya albomu. Alboma 17 musiqi nömrəsi daxildir. == Albom haqqında == Albomda xalq rəqslərindən tutmuş, Ramiz Mirişli, Elza İbrahimova, Süleyman Ələsgərov, Telman Hacıyev, Tofiq Quliyev, Rafiq Babayev, Adil Bəbirov, Elçin İmanov və Emin Sabitoğlu kimi bəstəkarların əsərləri yer almışdır.
21 (Adel albomu)
«21» — Britaniyalı müğənni Adelin ikinci studiya albomu .Albom 2011 -ci ildə buraxılmışdır. Albom 25 milyon nüsxədən çox satılaraq, UK Album Chart 23 həftə (rekord) və Billboard 200 də 24 həftə bir nömrədə yer tutaraq , ilin ən çox satılan albomu oldu. 12 fevral 2012- ci ildə Grammy mükafatlandırılmasında albom "ilin ən yaxşı albomu" nominasiyasının qalibi oldu .
30 Seconds to Mars (albom)
30 Seconds to Mars — Thirty Seconds to Mars musiqi qrupunun ilk studiya albomu. 13 avqust 2002-ci ildə yayımlanan albom, Virgin Records etiketi ilə satışa buraxılmışdır.
8 Mil (film musiqilərinin albomu)
Music from and Inspired by the Motion Picture 8 Mile Eminem-in başrolda oynadığı 8 Mil filminin mahnılarından ibarət albom. Shady/Interscope tərəfindən satışa çıxan albomda Eminem 5 mahnı oxumuşdur. İlk həftəsində 702,000 nüsxə satan albom, o ilin sonunda daha iki aylıq olmasına baxmayaraq 3.2 milyonla 2002-nin ən çox satan 5-ci albomu olmuşdur.
A Flower's Broken (albom)
A Flower's Broken – Sabrina Salernonun çıxardığı albomdur.
A Hard Day's Night (albom)
A Hard Day's Night — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu.
A Night at the Opera (albom)
A Night at the Opera – Queenin 1975-ci ildə satışa çıxan albomu. Roy Thomas Baker & Queen tərəfindən hazırlanmışdır. Bu albomda 2 single var. Onlar "Bohemian Rhapsody", "You're My Best Friend"-dir.
Acer pseudoplatanus f. albomarmoratum
Çinaryarpaq ağcaqayın — Sabunağacıkimilər fəsiləsinə aid bitki növü. == Təbii yayılması == Rusiya, Qərbi Avropa, İspaniya, Şimali Portuqaliya, Balkan ölkələri, Kiçik Asiya, Türkiyə, Ukrayna, Moldova və Baltikayanı ölkələrdə arealı vardır. == Sinonim == Acer abchasicum Rupr. Acer atropurpureum Dippel Acer bohemicum C.Presl ex Opiz. [Invalid] Acer dittrichii Ortm. Acer erythrocarpum Dippel Acer euchlorum Dippel Acer fieberi Opiz [Invalid] Acer hybridum Bosc Acer majus Gray Acer melliodorum Opiz Acer montanum Garsault [Invalid] Acer opizii Ortmann ex Opiz. Acer opulifolium Thuill. Acer procerum Salisb. Acer pseudoplatanus var. acuminatum Tausch Acer pseudoplatanus f.
Akışına Bırak (albom)
Akışına Bırak – Mustafa Sandal-ın 2000-ci ildə çıxardığı 5-ci albomudur. == Mahnı haqqında == "Akışına Bırak"albomu Türkiyəyə məxsus "Prestij Müzik" leyblı tərəfindən istehsal edilmişdir. Albomun ilk mahnısı olan "Tek Geçerim" mahnısı hit-paradlarda böyük uğur qazanmışdır. Albomun ikinci mahnısı olan "Hatırla Beni" mahnısını Mustafa Sandal və Yunan ifaçısı Natalia ifa etmişdir.
Alone (Modern Talking albomu)
Ready for Romance (azərb. Tənha‎) - 2000-ci ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Aləm gözəl (albom)
America (Modern Talking albomu)
America (azərb. Amerika‎) - 2001-ci ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
American Life (Madonna albom)
American Life Madonnanın doqquzuncu studiya albomu. 22 aprel 2003 ildə Maverick Records tərəfindən nəşr olundu və Warner Bros Records tərəfindən dağıdıldı.

Значение слова в других словарях