Allüvial düzənlik
Allüvial düzənlik ― çay dərələrində, onların mənsəb hissələrində və ya yer səthinin çökək sahələrində çay çöküntülərindən əmələ gəlmiş düzənlik. Allüvial düzənliklərə misal olaraq Volqa, Dnepr çaylarının geniş allüvial terraslarını: dərə düzənliklərini, Xuanxe, Nil, Volqa, Hind və s. çayların mənsəb hissələrindəki delta düzənliklərini, Lombardiya, Mesopatamiya, Böyük Çin, Kür- Araz və başqa ovalıqları göstərmək olar.