amhar

amhar
amfoterlik
amharca
OBASTAN VİKİ
Amhar dili
Amhar dili — Efiopiyanın şimalında yayılmış bu dildə təqribən 16 milyona qədər adam danışır. Efiopiyanın dövlət dilidir. Bir-birindən qismən fərqlənən üç dialekti vardır: Şoa, Qoccam və Qonder. Amhar dilinin fonem tərkibi 7 sait və 28 samitdən ibarətdir. Sintaktik baxımdan sabit söz sırası (MTX) mövcuddur. Cümlənin xəbəri adətən sonda gəlir.
Amharlar
Amharlar (አማራ) - Efiopiyanın şimal qərb və mərkəzi dağlıqlarında (əsasən Amhara regionunda) yaşayan Sami-Hami dil ailəsinə mənsub Efiosemitik (Həbəş) bir xalq. 2017-ci ilin məlumatına əsasən, sayları 20,02 milyon olub, Efiopiya pravoslav kilsəsinə (የኢትዮጵያ ኦርቶዶክስ ተዋሕዶ) etiqad edirlər. Bununla yanaşı, ABŞ, Kanada, İsrail kimi dövlətlərdə də diasporları mövcuddur. Onlar Afroasiya dil ailəsinin Sami-Hami budağının Efiosemitik qrupuna aid, Efiopiyanın dövlət dili olan Amhar dilində danışırlar. == Etimologiya == "Amhar" adının mənşəyi haqqında bu günə qədər ortaq bir fikrə gəlmək mümkün olmamışdır. Belə ki, bu qədim xalqın adının mənası bəzi mənbələrdə "gözəl", bəzilərində "azad döyüşçü", bəzilərində isə "dağ xalqı" kimi göstərilir == Tarixi == Amharlar hələ qədim dövrlərdən Efiopiya yaylasının mərkəz, şimal və qərb bölgələrində məskunlaşmış, əsas təsərrüfat sahələri isə əkinçilik olmuşdur. Onlar ilk dəfə Teff, Sorqo, Nuq, Qara çörəkotu kimi bitkilərin əkilməsi sirlərini öyrənmişlər. Amharların ilk məskunlaşdığı yer Amhara regionun şərqində yerləşən Wollo (Amharca:ወሎ) bölgəsidir. Bu bölgə "Bete Amhara" yəni, "Amhar xalqının evi" adlanır. Lakin Amharlar feodalizm dövründə yaranan muxtar və yarımmuxtar Qonder, Qoccam, Şoa, Lasta vilayətlərini özlərinə vətən hesab etmişlər.