ampul
amra mədəniyyəti 2021
OBASTAN VİKİ
Amputasiya
Amputasiya — ətrafın, yaxud hər hansı digər orqanın periferik hissəsinin kəsilməsindən ibarət cərrahiyyə əməliyyatı. Ətrafın və ya onun hissəsinin oynaqdan kəsilməsi ekzertikulyasiya adlanır. Amputasiyadan sonra güdülün anatomik və ya funksional yararsızlığı ilə əlaqədər aparılan təkrar əməliyyat isə reamputasiya adlanır. Amputasiya əsasən xəstənin həyatına yalnız xəstə orqanı kəsməklə xilas etmək mümkün olduqda tətbiq edilir. Amputasiyada baş verən ağırlaşma halları zamanı şok, irinləmə, tromboembolya və pnevmoniya kimi hallar müşahidə edilir. Güdül sağaldıqdan sonra amputasiya edilmiş ətrafa protez qoyulur. == Səbəbləri == Anadangəlmə (amniotik dartılmalar sindromu nəticəsi) İnfeksiya (osteomielit nəticəsində) Travmalar Mexaniki (yol qəzası, hərbi) Termik (yanıqlar, donmalar) Kimyəvi (laborator qəza) Elektrik (yüksək cərəyan vurması) Damar xəstəlikləri (diabet, septik nekroz sonucu) Bədxassəli şiş xəstəlikləri == Müalicə == === Bərpa mərhələsi === Amputasiyadan sonrakı mərhələdə aşağıdakı müalicə üsullarından istifadə olunur: Amputasiya -> fasilə -> protez Amputasiya -> autotransplantasiya (bədənin digər toxumasının zədələnmiş ətrafa transplantasiyası (köçürülməsi)) -> plastik rekonstruksiya (bərpa) Replantasiya (kəsilmiş toxumanın güdülə tikilməsi) -> revaskulyarizasiya (qan təchizatın mikrocərrahi üsulla bərpa olunması, 1969-cu ildən sonra) Allotransplantasiya (ölmüş insanın ətrafının güdülə tikilməsi) — 2000-ci ildən sonra. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası səh 455.

Значение слова в других словарях