anamnestik
anamorf
OBASTAN VİKİ
Anamnez
Anamnez (yun. άνάμνησις; azərb. yada salma‎) - Xəstənin həyat şəraiti yaşayış tərzi, xəstəliyinin inkişaf tarixi və s. haqqında özündən və ya onun yaxın adamlarından toplanan məlumat; diaqnozun, proqnozun və müalicə taktikasının düzgün müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.Anamnezin toplanması müəyyən plan üzrə həyata keçirilir. Əvvəlcə xəstəliyin əsas inkişaf mərhələlərinin analizi, müayinə nəticələrinin qiymətləndirilməsi və tətbiq olunan müalicə üsulunun (farmakoloji anamnez) effektivliyi aydınlaşdırılır. Sonra xəstənin fiziki və psixi inkişafını səciyyələndirən əmək və məişət şəraiti (sosial anamnez), zərərli adətləri, həyatının müxtəlif dövrlərində keçirdiyi xəstəliklər, cərrahi əməliyyatlar, aldığı travmalar haqqında ətraflı həyat Anamnezi toplanır. Ailə (irsi) anamnezi, peşə anamnezi, aller qoloji anamnez həyat Anamnezinin tərkib hissələridir. Yoluxucu xəstəlik haqqında şübhə olduqda epidemioloji anamnezin toplanması vacibdir. Kliniki təbabətin bəzi sahələri xüsusi anamnez növlərə ayırmağı nəzərdə tutur. Anam nestik məlumatların diaqnostik və proqnostik əhəmiyyəti onların toplan masının tamlığından və dəqiq liyindən asılıdır.

Значение слова в других словарях

благове́щенский заня́ть заштрихо́вываться зна́ковый кинофици́роваться обтерха́ться подпи́ливаться кита́йская грамота люби́тельство таври́ть телеметри́я гаять acrobatic drawing-board earthfall hot-wire intermezzi kindliness love-in noticeable Tehuantepec unnamable бантик лунник обхватывать