Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məhcər ədəbiyyatı
Məhcər ədəbiyyatı yaxud Köç ədəbiyyatı (ərəb. أدب المهجر‎) — XIX əsrin sonları və XX əsrin əvvəllərində Amerikaya mühacirlərin ərəbcə ədəbi cərəyanı. Cübran Xəlil Cübran, Nəsib Ərizə, Mixail Nüeymə, Əmin ər-Reyhani, Əbdülməsih Həddad, İliya Əbu Mazi və Rəşid Əyyub Şimali Amerikada məhcərin ən görkəmli nümayəndələri hesab olunurlar. Mühacir ərəblər Amerika qitəsində, xüsusilə Argentina, Braziliyada ərəb dilində qəzet, ədəbiyyat jurnalları çap edirdilər. Bundan əlavə onlar ərəb şairləri, yazıçıları bir araya yığaraq mühacir ərəblərin bir-biriləri ilə əlaqə yaratmasına şərait yaratmaq üçün ədəbiyyat klubları təsis etmişdilər. 250-dən çox çap olunan qəzet və jurnallar bir çox ədəbi şəxsiyyəti bir araya gətirmişdi. İlk qurulan ədəbiyyat klubu "Ər Rabiatul Qalamiyya" (Qələm cəmiyyəti) və çap olunan jurnal da eyni adlı jurnal olmuşdur. Klub 1920-ci ildə Xəlil Cübran Xəlilin başçılığı ilə qurulmuşdur. Üzvlərinin ölümündən sonra 1933-cü ildə zəifləmiş cəmiyyəti Sao Pauloda Şükrüllah əl Cur tərəfindən yaradılmış Əl Usbətul Əndəlusiyyə cəmiyyəti əvəz etmişdi.
Menecer
Menecer (ing. manager- idarəetmə) — muzdlu idarəedici, menecment üzrə mütəxəssis, menecment prossesini həyata keçirən şəxs. İnzibati-təsərrüfat müstəqilliyinə malik olan istehsalın, satışın, servisin təşkili və idarə edilməsi üzrə professional şəxslər menecerlər adlanır. Menecerlər müxtəlif səviyyələrdə olurlar və eyni olmayan vəzifələri yerinə yetirirlər. Menecerin əsas işi resursları (maliyyə, fiziki, informasiya, insan resursları) effektiv və səmərəli şəkildə istifadə edərək şirkətin məqsədlərinə çatmaqdır. Menecerləri şərti olaraq 3 qrupa bölürlər: Ali səviyyə (ing. top manager)- bunlar baş direktorlar üzvləridir. Orta zümrə (ing. middle manager)-bu səviyyəyə şöbələrin və sexlərin rəhbərləri daxildir. Aşağı zümrə (ing.