andiçmə
andradit
OBASTAN VİKİ
Andlı iclasçı
Andlı iclasçı və ya jüri — qanunvericiliklə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, qanunla nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxsdir. == Azərbaycanda == Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxs idi. Andlı İclasçılar Kolleqiyası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada cinayət işlərinə baxılması üçün yaradılan andlı iclasçılardan ibarət qurum idi. 2014-cü ildə Milli Məclisin qərarı ilə ləğv edilib. 2015-ci ildə Azərbaycan Prezidenti bu barədə müvafiq fərman imzalayıb. == Həmçinin bax == Müdafiəçi (hüquq) Arbitraj (hüquq) == İstinadlar == == Xarici keçidlər == Kamil Həmzəoğlu. ""Məhkəmələrdə işlərə baxılmasının keyfiyyəti məni qane etmir"". 525.az. "Andlılar məhkəməsi haqqında nəyi bilməlisən? – QvemoQartli.ge" (az.).
Andlı öhdəlik
"Andlı öhdəlik" — 1803-cü il 12 apreldə Rusiya ilə Car-Balakən arasında bağlanmış saziş. == Haqqında == 1803-cü ilin aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyəti Tiflisə general Sisianovun yanına getdi. Burada onlarla Car-Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş bağlandı. "Andlı öhdəliyə" əsasən: Car-Balakən Rusiyanın tərkibinə daxil edilirdi; Car-Balakən camaatlığı öz daxili muxtariyyətini saxlayırdı; Carlılar çar xəzinəsinə ipəklə xərac ödəməli idilər; Camaatlıq sədaqət əlaməti olaraq ruslara girov verməli idilər; Camaatlığın ərazisində rus əsgərləri yerləşdirilməli idi. Carlıların şahzadə Aleksadrı və onun əlaltılarını qəbul etməmək və öz içərilərində gizlətməmək barədə tərəddüdü sazişdə xüsusi qeyd olunurdu. == Mənbə == Azərbaycan tarixi. Yeddi cilddə. IV cild. Bakı,2007.
Andlı öhdəlik (1803)

Значение слова в других словарях