annuitet

annuitet (iqt.)
annotasiyasız
annuminas
OBASTAN VİKİ
Annuitet
Annuitet — İpoteka borcunun (kredit üzrə əsas borcun və həmin borca hesablanmış faizlərin) ödənilməsinə yönəldilmiş müntəzəm bərabər aylıq ödənişlər. Bu ödənişlər aylar üzrə elə hesablanaraq bölüşdürülməlidir ki, kreditin ödəniş müddətinin sonunda borc tamamilə ödənilmiş olsun. Eyni zamanda Annuitet ödəniş qrafiki ilə aparılan ödənişdə borclu krediti ödəməyə başlayanda ilk növbədə onun aylar üzrə ödənişləri kredit üzrə müəyyən edilmiş faizlərə yönəlir. Yəni 100000 kredit paketinə illik 8 faizlə sahib olan borclu ödəməyə başladığı zaman ilk olaraq ipoteka kreditini götürdüyü 25 illik faizini ilkin olaraq ödəyir daha onun ödənişləri əsas borca yönəlir.
Annuitet məbləğinin gələcək dəyəri
Annuitet – borcun aylıq bərabər hissələr ilə ödənilməsidir. Yəni annuitet ödəniş zamanı sız qalıq məbləğdən asılı olmayaraq, hər ay bərabər miqdarda məbləğ (kredit+ ona görə faiz) ödəyirsiniz. Bu ödənişlər aylar üzrə elə hesablanır ki, kreditin ödəniş müddətinin sonunda borc tamamilə ödənilmiş olsun. Məsələn:Bankın 22% ilə 12 ay müddətində verilmiş 2000 manat dəyərində kreditin aylıq ödənişi 187.79 manatdır.Bu nümunədə aylıq ödəniləcək məbləğ annuitet məbləğini göstərir. Annuitet ödəmənin düsturu: 1. Hər ay annuitet ödəmə: A = K ⋅ S {\displaystyle A=K\cdot S} , burada: A – aylıq annuitet ödəmə, K – annuitet əmsalı, S – kreditin məbləğidir. 2. Annuitet əmsalı: K = i ⋅ ( 1 + i ) n ( 1 + i ) n − 1 {\displaystyle K={i\cdot (1+i)^{n} \over (1+i)^{n}-1}} burada: K – annuitet əmsalı, i – kredit üzrə aylıq faiz dərəcəsidir (=illik dərəcə/12 aya), n – kreditin ödənilməsi müddətində dövrlərin miqdarı. Annuitetin 2 növü var: Müəyyən annuitet və qeyri-müəyyən annuitet Müəyyən annuitet- Müəyyən annuitetlərdə ödənişlər müəyyən bir zaman müddəti ərzində başlayır və müəyyən bir tarixdə bitir. Məsələn, kreditlərin ödənişlərinin başlama və bitmə tarixi bəllidir.

Значение слова в других словарях