Antanta
Antanta (fr. Entente — saziş) — Almaniya tərəfindən gözlənilən təcavüzə qarşı 1904–1907-ci illərdə yaradılmış B.Britaniya-Rusiya-Fransa kollektiv müdafiə ittifaqı. Sonralar 1915-ci ildə İtaliya və Yaponiya da bu ittifaqa qoşuldu.
== Tarixi ==
İttifaqın adı 1904-cü il ingilis-fransız müqaviləsinin mətnində fransız sözü olan "entente cordial" ("antant kordivl" kimi tələffüz edilir) — "qəlblər və ya ürəklər razılığı" kimi izah edilmişdir. Sonralar ona 20-dən çox dövlət qoşulmuşdur. Birinci dünya müharibəsi illərində B.Britaniya, Fransa və Rusiyaya qoşularaq Almaniya blokuna (Almaniya, Avstriya — Macarıstan, Osmanlı imperiyası, Bolqarıstan) qarşı vuruşan dövlətlər də Antanta ölkələri adlandırılmışdır. Anti-Almaniya mövqeyi tutan dövlətlərin sayı çox olsa da, onların bir çox Almaniyaya qarşı hərbi əməliyyatlar da iştirak etmirdilər. Məsələn, Çin I Dünya Müharibəsinə Antantanın tərkibində başlasa da, o sadəcə formal olaraq üzvlük daşıyırdı. O, yalnız Almaniya ilə diplomatik əlaqələri kəsmək ilə kifayətlənmiş, heç bir hərbi əməliyyat aparmamışdı.
== Antanta bloku ==
Antanta bloku — I Dünya Müharibəsi zamanı 1904–1907-ci illərdə "Üçlər ittifaqı"na qarşı olaraq yaranmışdı.