Antaqonizm
Antaqonizm (yun. άνταγωνίσμα – mübahisə, mübarizə) — təmayüllərin, düşmən qüvvələrin barışmaz mübarizəsini xarakterizə edən ziddiyyət formalarından biri. Antaqonizm terminin əks qüvvələrin mübarizəsi mənasında dini sistemlərdə (xeyir və şərin mübarizəsi) filosoflar İmmanuel Kant, Artur Şopenhauer və başqaları tərəfindən istifadə olunmuşdur. Bu mənada antaqonizm biologiyada, riyaziyyatda istifadə olunur. Mövcud quldarlıq, feodalizm, kapitalizm və digər siyasi-ictimai formasiyalar, kapitalizmdən sosializmə keçid dövründə siniflər arasındakı antaqonizm təhlil edən Karl Marks göstərirdi ki, antaqonizmin forma və məzmununu konkret tarixi şəraitdə sinfi mübarizə yolu ilə həll etmək mümkündür. O, yazırdı ki, istehsal münasibətlərində ictimai istehsal prosesi antaqonizmin axırıncı formasıdır.
== Mənbə ==
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.