ancaq-ancaq
ançous
OBASTAN VİKİ
Ançarted (film, 2022)
Ançarted (ing. Uncharted) — ABŞ istehsalı macəra filmi. Filmin 18 fevral 2022-ci ildə ABŞ-də Sony Pictures Releasing tərəfindən IMAX 3D, RealD 3D, 4DX və Dolby Atmos vasitəsiylə ilk baxışa çıxarılmışdır. == Rollarda == Tom Holland - Natan "Neyt" Dreyk rolunu canlandırır. Natan məşhur ingilis səyyahı Frensis Dreykin nəslindən olduğunu deyən gənc xəzinə ovçusudur. Mark Uolberq - Viktor "Sulli" Sullivan rolunu canlandırır. Neytin bələdçisi və xəzinə ovçusudur. Film 2010-cu ildə istehsal mərhələsində olarkən Uolberqin Natan Dreyk rolunda başrol aktyoru olmağı planlanırdı. Sofia Ali - Kloe Frazer rolunu canlandırır. Neytin sevdiyi xəzinə ovçusudur.