APLİKATOR
is. \[alm. Applikator < lat. applico, applicatum, applicāre "üstünə qoymaq"\] 1. tib. Bədənin üzərinə qoyulmaqla orqanizmə hansısa təsir göstərə biləcək maddə daşıyan və ya enerji ötürən radioterapevtik vasitə və ya qurğu.
2. kosmet. Kosmetik vasitələrin dəriyə çəkilməsi üçün istifadə olunan vasitə. Aplikatorun nazik tərəfini üst göz qapağının konturu boyunca çək. "Oriflame", №4, 2015.