Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akinator
Akinator — 2007-ci ildə 2 fransız proqramçısı tərəfindən yaradılmış internet oyundu. Əvvəlcə ağlınızda bir nəfər (obraz ,oyun personajı) tutursunuz. Akinator sizə ağlınızda tutduğunuz şəxs haqqında suallar verir. Siz o, suallara bəli, xeyr, bilmirəm, bəlkə, bəlkə yox cavabları verə bilərsiniz. Sizin verdiyiniz cavablara əsasən Akinator sizin ağlınızda tutduğunuz şəxsi tapır.
Alligator
Alliqator (lat. Alligator) — Alliqatorlar fəsiləsinə aid cins. Alliqator cinsi özündə 2 müasir: Amerika və ya Missisipi alliqatoru (Alligator mississippiensis) və Çin alliqatoru (Alligator sinensis) növlərini birləşdirir. == Təsviri == Hər 2 növün bədəninin rəngi daha tünddür (demək olar ki, qaradır) və yaşadığı suyun rəngindən asılı olaraq dəyişilir. Ən iri Missisipi alliqatorunun bədən uzunluğu 4,5 m-ə yaxın olmuşdur. Çin alliqatoru xeyli kiçikdir, onun uzunluğu 2 m-dən böyük deyildir. == Yayılması == Bu cinsin nümayəndələri, göründüyü kimi, dünyada yalnız Amerika Birləşmiş Ştatlarında və Çində yayılmışlar. Amerika alliqatoru ABŞ-nın şərq sahili boyunca, Şimali Karolinadan tutmuş Texasa qədər bütün ərazilərdə sıx yayılmışdır. Florida ştatında fərdlərin sayı bir milyondan artıqdır. Qış yuxusuna gedə bilir.
Alliqator
Alliqator (lat. Alligator) — Alliqatorlar fəsiləsinə aid cins. Alliqator cinsi özündə 2 müasir: Amerika və ya Missisipi alliqatoru (Alligator mississippiensis) və Çin alliqatoru (Alligator sinensis) növlərini birləşdirir. == Təsviri == Hər 2 növün bədəninin rəngi daha tünddür (demək olar ki, qaradır) və yaşadığı suyun rəngindən asılı olaraq dəyişilir. Ən iri Missisipi alliqatorunun bədən uzunluğu 4,5 m-ə yaxın olmuşdur. Çin alliqatoru xeyli kiçikdir, onun uzunluğu 2 m-dən böyük deyildir. == Yayılması == Bu cinsin nümayəndələri, göründüyü kimi, dünyada yalnız Amerika Birləşmiş Ştatlarında və Çində yayılmışlar. Amerika alliqatoru ABŞ-nın şərq sahili boyunca, Şimali Karolinadan tutmuş Texasa qədər bütün ərazilərdə sıx yayılmışdır. Florida ştatında fərdlərin sayı bir milyondan artıqdır. Qış yuxusuna gedə bilir.
Ziqator
Ziqator Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Ziqator- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı.Türk dillərində siqi "qalın meşə", "meşə sahəsi" və türk dillərində tor- "yüksək dağ örüşü", "dərənin yuxarı başında örüş yeri" sözlərindəndir.XIX əsrdə Zəngəzur qəzasında Zavazədur kənd adında olan "dur" sözü ilə bu toponimin "tor" sözü mənaca eynidir.
Alligator mississippiensis
Missisipi alliqatoru (lat. Alligator mississippiensis) və ya Amerikan alliqatoru — iki tanınmış alliqator növündən biridir. Şimali Amerikada yaşayır və Cənub-Şərqi ABŞ üçün endemik sayılır. Bu canlı Texas ştatından Şimali Karolinaya qədər göllər, çaylar və sipər bataqlıqları kimi suyun təzə sularında yaşayan böyük bir sürünən timsahkimiləri təmsil edir. Bu, simpatrik, kəskin timsahdan daha geniş bir ağız, qaranlıq rəng və duzlu su üçün daha az tolerantlıq ilə fərqlənir, soyuducu suya qovuşdurmaqla kompensasiya edilir. Cinsin ikinci nümayəndəsi olan Çin alliqatoru ilə müqayisədə, Missisipi alliqatoru daha böyükdür. Alliqatorlar — balıqlar, amfibiyalar, sürünənlər, quşlar və kiçik məməlilər yeyən yırtıcılardır. Yeni doğulanlar xüsusilə onurğasızlara qidalanırlar. Quraqlıq mövsümündə digər orqanizmlərə ev sahibliyi edən xüsusi çuxurların qazılması, sulak ekosistemində mühüm rol oynayırlar. Bir il ərzində, xüsusilə yetişdirmə mövsümündə alliqatorlar ərazini qeyd etmək və uyğun tərəfdaşları tapmaq üçün səslər səsləndirirlər.
Alligator prenasalis
Alligator prenasalis — timsahlar dəstəsinə məxsus olan nəsli kəsilmiş sürünən növü. Növə aid çox sayda fosil Cənubi Dakotada aşkarlanmışdır. Növ 1904-cü ildə təsvir edilmiş, lakin hansı timsah cinsinə aid edilməsi müəyyən edilməmişdir. Daha mükəmməl araşdırma əsasında 1918-ci ildə alliqatorlar cinsinə aid edilmişdir. Bu növ alliqatorlar cinsinin ən erkən bilinən üzvüdür.
Alligator sinensis
Çin alliqatoru (lat. Alligator sinensis) — iki tanınmış alliqator növündən biridir. Şərqi Asiyada, Çinin Yanszı çayı hövzəsində yayılmışdır. Olduqca nadir növdür, təbiətdə cəmi 200 baş Çin alleqatoru qalmışdır. == Təsvir == Çin alliqatoruı alt çənədə fərqli qara ləkələr olan sarımtıl-boz rənglidir. Qarın açıq boz rəngdədir. Pəncələr qısadır. Barmaqlarının sonucunda dırnaqlar var. Ön ayaqları üzmə membranlarından məhrumdur. Quyruqları uzun, kütləlidir və suda əsas hərəkətverici qüvvədir.
Alliqator-Pond
Alliqator-Pond (ing. Alligator Pond) — Yamaykanın Kornuoll qraflığında yerləşən balıqçı kəndi. == Ümumi məlumat == Kənd Yamaykanın cənubunda yerləşən eyni adlı buxtada yerləşir. Təxmini olaraq dəniz sahili boyunca 2 km məsafədə uzanır. Alliqator-Pond kəndinin əhalisi əsasən balıqçılardan ibarətdir: kişilər balıq ovu, qadınlar isə onu satmaqla məşğul olur. Burada açlq səma altında kafe, barlar fəaliyyət göstərir. Burada ən məşhur restoran Little Ochie 1989-cu ildən fəaliyyət göstərir. 2006-cı il məlumatına görə restoranda eyni anda 400 nəfər sərbəst şəkildə yerləşə bili. Kəndin adı ondan bir qədər aralıda görünən təpələrlə bağlıdır. Beləki bu təpələr alliqatorların belini xatırlatdığından irəli gəlir.
Netscape Navigator
Netscape Navigator – Netscape Communications, Inc. şirkətinin işləyib hazırladığı tanınmış veb-brauzer. İlk versiyası 1994-cü ildə buraxılıb. Havayı yayılan bu proqram Netscape şirkətinə ucuz başa gəlməsə də, burada əsas məqsəd Internet provayderlərinin diqqətini Netscape Web Server proqram təminatına cəlb etmək idi. 1998-ci ildə Netscape Navigator brauzerlər savaşında Microsoft Explorer brauzerinə uduzduqdan sonra AOL şirkətinə satılıb. 2008-ci ildə AOL bu brauzerin dəstəklənməsini dayandırıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Zirehli-alliqator
Missisipi zirehlisi və ya Zirehli-alliqator (lat. Atractosteus spatula) — atractosteus cinsinə aid heyvan növü. Amerika qitəsindəki iri çaylarda yaşayır..
Aviator (film, 2004)
"Aviator" (ing. The Aviator) — Martin Skorsezenin ABŞ aviatoru və kinoprodüseri Hovard Hyuz haqqında bioqrafik dram filmi. Kinofılmdə əsas rolu Leonardo DiKaprio oynadı və bu performansına görə BAFTA, Oskar və ABŞ Kinoaktyorlar Gildiyası kimi kinoakademiya mükafatlarının nominasiyasına layiq görüldü və Qızıl qlobus mükafatının laureatı oldu. Ümumilikdə, Skorsezenin kinoəsəri BAFTA-nın on dörd nominasiya və dörd mükafatı, Oskarın on bir nominasiya və beş mükafatı, ABŞ Kinoaktyorlar Gildiyasının üç nominasiya və bir mükafatı və nəhayət Qızıl Qlobusun altı nominasiya və üç mükafatını qazandı. == Rollarda == == Hovard Hyuza verilmiş diaqnoz == DVD nəşrinə bonus olaraq filmin müəllif versiyasında Hovard Hyuzun obsesif-kompulsiv pozğunluq (OKP) diaqnozu haqqında qısa hekayə var. Hekayənin adı "The Affliction of Howard Hughes: Obsessive-Compulsive Disorder" / "Hovard Hyuzun xəstəliyi: obsesif-kompulsiv pozğunluq". Psixiatr Ceffri Şvarts "Aviator"un çəkilişində iştirak etmişdir. Hovard Hyuzun real həyatda həqiqətən də obsesif-kompulsiv pozğunluqdan əziyyət çəkib-çəkmədiyi tam olaraq bilinməsə də, Hyuz rolunu canlandıran Leonardo DiKaprio bu narahatlığın əlamətlərini inandırıcı şəkildə göstərdi.