aqrofizika

aqrofizika
aqrofizik
aqrofiziki
OBASTAN VİKİ
Aqrofizika
Aqrofizika və ya aqronomik fizika — bitkilərin xarici mühit şəraitinin (torpaq, işıq, temperatur və s.) fiziki tədqiqat metodlarından və onların həyat fəaliyyətindəki fiziki proseslərdən bəhs edən elm. Bir neçə bölmədən ibarətdir: torpaq fizikası (torpağın bərk fazasının fizikası, torpağın hidrofizikası, torpağın istilik fizikası, torpağın qaz fazasının fizikası); yerüstü havanın fizikası (aerodinamik, radiasion və s. parametrlər); bitki biofizikası (bitkilərin işıq fiziologiyası, bitkilərin radiobiologiyası); bitkilərin vegetasiya müddətini azaltmaq və məhsuldarlığını artırmaq məqsədi ilə onların mühit şəraitinin tənzim edilməsi qaydaları və vasitələri. Azərbaycanda aqrofizikanın müxtəlif məsələləri ali məktəblərin və elmi-tədqiqat müəssisələrinin biologiya-botanika bölmələrində öyrənilir. == Xüsusiyyətləri == Aqrofizika müasir təbiətşünaslığın, xüsusilə fizika və biofizikanın, həmçinin elektronikanın, yarımkeçiricilər, polimerlər və plastik kütlələr fizikasının nəzəri nailiyyətləri əsasında inkişaf edir. Xarici mühit şəraitinin qiymətləndirilməsində və bitkilərin mühitlə (su və istilik rejimi, qaz mübadiləsi və s.) qarşılıqlı əlaqəsində baş verən fiziki proseslərin tədqiqində aqrofizika biologiyasının müasir eksperimental metod, vasitə və cihazlarından (vegetasiya və tarla metodları, yarımkeçiricilər, elektron aparatları, radioaktiv şüalanma və s.) istifadə edir. Aqrofizika sahəsindəki tədqiqatlar böyük praktiki əhəmiyyətə malikdir. Torpaq rütubətinin saxlanmasına dair mövcud aqroqaydaların təkmilləşməsi və yeni qaydaların işlənib hazırlanmasında, ən yaxşı səpin üsullarının, becərmə sürətinin müəyyən edilməsində və s.-də aqrofizika tədqiqatlarınn nəticələrindən istifadə edilir. Aqrofiziki təfqiqatlar əsasında bitkilərin işıq kulturasına dair işlənib hazırlanan qaydalar vegetasiya dövrünü qısaldır, tərəvəz məhsulunu artırır. Tərəvəzçilikdə polimer örtüklərdən istifadə, istixanalarda tərəvəz becərilməsi rejiminin avtomatik tənzimi, kənd təsərrüfatı məhsulları və s.

Значение слова в других словарях