araqonit

araqonit (miner.)
araqnanə 2021
aralama
OBASTAN VİKİ
Araqonit
Araqonit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Kalsitlə dimorfdur. == Növ müxtəliflikləri == Bariumlu, qurğuşunlu, stronsiumlu ( ~6% SrO), sinkli (~10% ZnO) araqonitlər. == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, nisbətən az – sarımtıl, çəhrayı, yaşılımtıl, göyümtül, açıq-boz, bənövşəyi, qırmızı, nadir hallarda – qara; Mineralın cizgisinin rəngi – ağ; sarımtıl; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, işıqkeçirən, bəzən tutqun; Sıxlıq – 2,95; Sərtlik – 3,5-4; Ayrılma – {010} üzrə orta, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – yarımqabıqvarı; Lüminessensiya – açıq-bənövşəyi rəngli zəif, katod şüalarında bəzən narıncı Lüminessensiya; Morfologiya – kristallar: qısaprizmatikdən uzunprizmatikədək, iynəvari-piramidal, baltayaoxşar, nizəşəkilli; İkiləşmə: tək kristallara nisbətən tez-tez rast gəlir, {110} üzrə; hərdənbir psevdoheksaqonal görünüşlü qarşılıqlı nüfuzetmə üçləşmələri, altılaşmalar; bəzən polisintetik İkiləşmə; Mineral aqreqatları: böyrək- və dərzşəkilli, radial-şüalı, çubuqvari, mərcanabənzər– «dəmir çiçəkləri», paralel-lifli kütlələr, kristallik qabıqlar, stalaktitlər, stalaqmitlər, oolitlər, «noxud (kürü) daşları», konkresiyalar; əksər mollüskaların qabıqlarının daxili səthində sədəfi təbəqəciklər; bir sıra mollüskaların qabıqlarının içərisində əmələ gələn mirvari dənələri. == Mənşəyi və yayılması == Əsasən ekzogen şəraitdə biogen və xemogen-çökmə proseslər nəticəsində əmələ gəlir. Evaporitlərdə, gillərdə, çökmə dəmir filizlərində, kükürd yataqlarında, bəzən sulfid yataqlarının oksidləşmə zonalarında və hiperbazitlərin aşınma qabıqlarında rast gəlir. Hidrotermal proseslərdə də əmələ gəlir. Effuziv süxurların badamcıqlarında və çatlarında müşahidə olunur. Termal bulaqların çöküntülərində qeyd edilir.
Oxtinska Araqonit mağarası
Oxtinska Araqonit mağarası (slovak. Ochtinská aragonitová jaskyňa, mac. Martonházi-aragonitbarlang) — Slovakiyanın cənubunda, Rojnyava yaxınlığında yerləşən nadir araqonit mağarası. Cəmi 300 m uzunluğuna baxmayaraq, nadir araqonit formalaşmaları ilə məşhurdur. Dünyada bu günə qədər yalnız üç araqonit mağarası mövcuddur. "Süd Yolu Zalı" adlanan ərazidə mağaranın əsas cazibəsi Süd Yolundakı ulduzları xatırladan parlayan ağ araqonit formalaşmalarıdır. Mağara Martin Canqar və Jiri Prosek tərəfindən 1954-cü ildə kəşf edilmiş və 1972-ci ildə ictimaiyyətə açılmışdır. Mağara Slovekiyadakı karst mağaralarının bir hisssəsi kimi UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.