ard-arası
ardıc
OBASTAN VİKİ
ARD (teleşirkət)
Almaniya İctimai Yayım Təşkilatlarının Fəhlə İcması (alm. Arbeitsgemeinschaft der öffentlich-rechtlichen Rundfunkanstalten der Bundesrepublik Deutschland‎, ARD) — Almaniyada (1954-cü ildən) televiziya və radio proqramlarının mübadiləsini (1950-ci ildən) və 1-ci proqram üzrə yayımı həyata keçirən, hüquqi şəxs statusu olmayan təşkilat. == Maliyyələşdirmə == Dövlətlərin yayım təşkilatlarının maliyyələşdirilməsinin 86%-i əsasən "ARD ZDF Deutschlandradio Beitragsservice" təşkilatı tərəfindən bütün mülk sahiblərindən toplanan yayım haqqı hesabına gəlir, bundan sonra toplanan vəsait ARD arasında bölüşdürülür. ZDF və "Deutschlandradio", sonra artıq ARD daxilində BR, hr, SWR, WDR, NDR, Radio Bremen, SR, rbb, MDR və DW arasında bölünür. Onların maliyyələşdirilməsinin 2%-i ARD televiziya və radio kanallarında reklam vaxtının satışından əldə edilir. Televiziya mərkəzinin "Hessischer Rundfunk", Müşahidə Şurası və idarə heyəti yoxdur, bir idarəçi tərəfindən idarə olunur.
Arda (Tolkin)
Árda (kv: /'arda/) — C. R. R. Tolkinin legendariumunda Yer kürəsinin adı, "Üzüklərin hökmdarında" və əlaqəli əsərlərdə bütün qeyd olunan yerləri özündə cəmləşdirən bir dünya, aləm. Faktiki olaraq bu Tolkinin icad etdiyi mifik tarixdə Yer planeti və günəş sistemidir. Ardada bir neçə dəniz və okean, Orta Dünya və Aman qitələri, İkinci Dövrdə mövcud olan nəhəng Númenor adası və Tolkinin qaralamalarında qeyd etdiyi digər torpaqlar yerləşirdi. == Ümumi məlumat == Arda Tolkinın kosmologiyasında Eä kainatının bir hissəsidir. O, Eä-nın qalan hissəsi kimi, Ainur Musiqisi vasitəsilə İlúvatarın övladları yəni elflər və insanlar üçün yaradılmışdır. Tolkin kosmologiyasında Günəş, Ay, ulduzlar və digər göy cisimləri bu planetin orbitində olduğundan, onlar da Ardanın bir hissəsi hesab olunur, ona görə də Arda bəzən "Günəş sistemi" kimi təxmin edilir. Göy cisimlərsiz bu Planetin özü isə Ambar və ya İmbar adlanır. Əvvəldən Arda yastı formasında idi, burada yerləşən qitələr nəhəng Ekkaya (kv. Ekkaia) və ya Vaya (kv. Váya; ing.
Arda Turan
Arda Turan (türk. Arda Turan; 30 yanvar 1987, Fateh, İstanbul ili) — keçmiş türk futbolçu. == Həyatı == == Karyerası == === Klub karyerası === ==== Qalatasaray ==== Arda 12 yaşından Qalatasaray futbol məktəbinin üzvüdür. O, Qalatasaray PAF komandandasında dalbadal 4 il forma geyinmiş, 56 oyunda 11 qol vurmuşdur. George Hacinin məşqçiliyi dövründə 2004–2005 mövsümündə Türkiyə milli futbol komandasının heyətinə cəlb olunmuşdur, amma bu dövrdə uğurlu oyun nümayiş etdirə bilməmiş və təcrübə qazanması üçün Manisaspora icarəyə verilmişdir. Manisasporda keçirdiyi yarım mövsümdə əla oyun mümayiş etdirmiş, 2006–2007-ci il futbol mövsümündə yenidən Qalatasarayın heyətində çıxış etmişdir. Erik Geretsin başçılıq etdiyi klubun əsas heyətinə düşərək UEFA Çempionlar Liqasının 3-cü seçmə mərhələsində Mlada Boleslav klubuna qarşı oyunda iştirak etmiş, iki qola imza etmiş və bir məhsuldar ötürmə vermişdir. O dövrdən etibarən Qalatasaray heyətində yerini möhkəmlətmişdir. 2007–2008 futbol mövsümündə Karl-Heinz Feldkampın məşqçisi olduğu klubun əsas heyətində çıxış etmişdir. UEFA Çempionlar Liqasında Bordo və Liverpul klublarına qarşı keçirilən oyunlarda oynamış və UEFA tərəfindən bu oyunların ən yaxşı oyunçusu kimi dəyərləndirilmişdir.
Arda Gülər
Arda Gülər (25 fevral 2005, Altındağ ilçəsi, Ankara ili) — La Liqa klubu "Real Madrid" və Türkiyə milli komandasında çıxış edən Türkiyə futbolçusu. Yarımmüdafiə mövqeyində çıxış edir. Karyerasına "Fənərbaxça"da başlamışdır. Arda Gülər ilk qolunu 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 19 iyun 2023-cü ildə Samsun 19 May Stadionunda keçirilən Türkiyə–Uels matçında vurdu. 18 yaşlı Gülər bu qolla Türkiyə millisinin heyətində rəsmi oyunlarda qol vuran ən gənc futbolçu kimi türk futbol tarixinə düşüb. == Karyerası == === Gənclərbirliyi === Arda Gülər 25 fevral 2005-ci ildə Ankaranın Altındağ rayonunda anadan olub. Atası Ümid Gülər, anası isə Sərab Gülərdir. Futbola 9 yaşında şəhərinin Gənclərbirliyi komandasında başladı. Hələ 13 yaşında ikən "Gənclərbirliyi" Futbol Məktəbində istedadları ilə gündəmə gələn Arda bir çox liqa matçlarında meydana çıxdı və "iki yarımlıq" ləqəbini aldı. Arda ilk dəfə "Osmanlıspor" — "Gənclərbirliyi" U14 matçında başqa futbolçunu izləmək üçün tribunada olan Serhat Pekməzçinin diqqətini cəlb edib.
Əli Məcid Arda
Əli Məcid Arda (türk. Ali Macit Arda; d.1885, İstanbul, ö. 1967 İstanbul) —Türkiyədə müasir coğrafiyanın quruluşunu edən görkəmli elm adamlarından biri. 1885-ci ildə İstanbulun Bakırköy ərazisində anadan olub.İlk təhsilini Hamidiye Bakırköy Liseyində,orta təhsilini Kabataş Liseyində,ali təhsilini Paris Universitetinin Ədəbiyyat fakültəsi çoğrafiya bölməsində təhsil alıb.Pol Vidal de la Blachin təsiri altında Faiq Səbri Duran və Səlim Mənsur ilə birlikdə Fransız məktəbini və Vyanada Rittel -Ratzel məktəbində yetişən Həmid Sədi Selen ilə birlikdə Alman professor idarəsində qurulmuş olan coğrafiya fakültəsində məktəblərini fərqli təmsil edib. Əli Macit Arda hökumət tərəfindən Avropaya təhsilə göndərilən ilk tələbələrdən biridir.Təhsilini bitirib ölkəyə qayıdan illər Birinci Dünya Müharibəsi təsadüf ediyi üçün Ali Məcid cəhbəyə Qızıl Ayparaya göndərilir.Müharibə dövründə Ali Məcid Arda Darülfünun coğrafiya ofislərinə gətirildi.Müharibədən sonra Bəşəri Çoğrafiya Məktəbinin müdiri çalışmışdır.1952-ci ildə təqaüdçü olan Əli Məcid Arda 1967-ci ildə dünyasını dəyişmişdir. Əli Məcid Arda, İstanbul Liseyində coğrafiya müəllimi,Ali Müəllim Məktəbində müdir,Ankara Universiteti Siyasi Elmlər Fakültəsində müəllim,İstanbul Qız Müəllim Məktəbində müəllim,Türkiyə Respublikası Milli Təhsil Nazirliyində Yüksək Tedrisat Ümum İdarəsinin müdiri, 1937-1939-cu illərdə Heydərpaşa Liseyində Qalatasaray Liseyində coğrafiya müəllimi,Ali İqtisadiyyat və Ticarət Məktəbində professor çalışmışdır.