arteriya
artıcaq 2021
OBASTAN VİKİ
Artezian suyu
Artezian suyu (lat. Artesium Fransada yerləşən Artua əyalətinin adı ilə əlaqəlidir) — təzyiqli yeraltı sular.. XII əsrdə Avropada ilk dəfə olaraq fontan əl quyusu (buruq) burada qazılmış və ona artezian quyusu adı verilmişdir. == Tarixi == Hələ Qədim Misirdə və Yunanıstanda 4 000 il öncə belə təzyiqli su quyuları mövcud olmuşdur. Çində Han sülaləsi dövründə (E.ə. 206—220)) dərinliyi 130 metri keçən təzyiqli su quyuları var idi. İlk dəfə buruq artezian quyusu Fransada 1126-cı ildə qazılmışdır == Xarakteriskası == Artezian suları qrunt sularından və laylararası sulardan çox fərqlənir: a) materiklərin yeraltı sularının əsas kütləsi artezian sularıdır; b) hər bir artezian hövzəsi müəyyən geoloji strukturda olur və yüzlərlə, minlərlə kilometr uzanır; b) qalın sulu qatlar suyadavamlı qatlar arasında yerləşir və basqılıdır — hər tərəfdən hidravilik təziqə məruz qalır; q) onlar nəyinki mövsümün havasından, hətta heç iqlimin çoxillik tərəddüdündən də asılı deyildir; f) dördüncü dövr çöküntülərindən qabaqkı çıküntülərdə, o cümlədən ən qədim çöküntülərdə yerləşir və d) kimyəvi tərkibinə görə müxtəlifdir == Geoloji strukturu == Adətən, artezian hövzələri muldayaoxşar strukturlarda( layların nov şəklində çökməsi) formalaşır, lakin layların dissimmetrik monoklinal (bir tərəfə meyilli) yatımında da ola bilər; çox vaxt onlar müərəkkəb sistemli çatlarda və yarıqlarda yerləşir. Sulu artezian layları üstdən başdan-başa sukeçirməyən təbəqələrlə örtülüdür və yalnız strukturun kənarlarında atmosfer səthi suları ilə əlaqədardır. Hər artezian hövzəsində üç sahə: qidalanma, basqı və boşalma sahələri ayrılır. === Qidalanma sahəsi === Qidalanma sahələri adətən tektonik qalxmış yerlərdə olur.
Böyük Səhra artezian hövzəsi
Böyük Səhra artezian hövzəsi (ərəb. حوض الصحراء‎) və ya Əlcəzair–Tunis artezian hövzəsi — Əlcəzair, Tunis və Liviya ərazisində yerləşən, Böyük Şərqi Erqi əhatə edən artezian hövzəsi. == Xarakteristikası == Sahəsi təxminən 600,000 km2-dir. Prekembri fundamenti ilə Böyük Səhra plitəsi ilə əlaqələndirilir. Əsas sulu təbəqə kompleksi "kontinental interkollar" kimi tanınan Aşağı Təbaşir dövrünün qum-gil yataqları ilə əlaqələndirilir. Kompleksin tədqiq edilmiş dərinliyi 350 metr, dam örtüyünün dərinliyi 100–1,300 metrdir. Resurslar 23 m3/san olaraq qiymətləndirilir. Hövzə sularından sənaye və kənd təsərrüfatında istifadə olunur.

Значение слова в других словарях