Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Artezian suyu
Artezian suyu (lat. Artesium Fransada yerləşən Artua əyalətinin adı ilə əlaqəlidir) — təzyiqli yeraltı sular.. XII əsrdə Avropada ilk dəfə olaraq fontan əl quyusu (buruq) burada qazılmış və ona artezian quyusu adı verilmişdir. == Tarixi == Hələ Qədim Misirdə və Yunanıstanda 4 000 il öncə belə təzyiqli su quyuları mövcud olmuşdur. Çində Han sülaləsi dövründə (E.ə. 206—220)) dərinliyi 130 metri keçən təzyiqli su quyuları var idi. İlk dəfə buruq artezian quyusu Fransada 1126-cı ildə qazılmışdır == Xarakteriskası == Artezian suları qrunt sularından və laylararası sulardan çox fərqlənir: a) materiklərin yeraltı sularının əsas kütləsi artezian sularıdır; b) hər bir artezian hövzəsi müəyyən geoloji strukturda olur və yüzlərlə, minlərlə kilometr uzanır; b) qalın sulu qatlar suyadavamlı qatlar arasında yerləşir və basqılıdır — hər tərəfdən hidravilik təziqə məruz qalır; q) onlar nəyinki mövsümün havasından, hətta heç iqlimin çoxillik tərəddüdündən də asılı deyildir; f) dördüncü dövr çöküntülərindən qabaqkı çıküntülərdə, o cümlədən ən qədim çöküntülərdə yerləşir və d) kimyəvi tərkibinə görə müxtəlifdir == Geoloji strukturu == Adətən, artezian hövzələri muldayaoxşar strukturlarda( layların nov şəklində çökməsi) formalaşır, lakin layların dissimmetrik monoklinal (bir tərəfə meyilli) yatımında da ola bilər; çox vaxt onlar müərəkkəb sistemli çatlarda və yarıqlarda yerləşir. Sulu artezian layları üstdən başdan-başa sukeçirməyən təbəqələrlə örtülüdür və yalnız strukturun kənarlarında atmosfer səthi suları ilə əlaqədardır. Hər artezian hövzəsində üç sahə: qidalanma, basqı və boşalma sahələri ayrılır. === Qidalanma sahəsi === Qidalanma sahələri adətən tektonik qalxmış yerlərdə olur.
Böyük Səhra artezian hövzəsi
Böyük Səhra artezian hövzəsi (ərəb. حوض الصحراء‎) və ya Əlcəzair–Tunis artezian hövzəsi — Əlcəzair, Tunis və Liviya ərazisində yerləşən, Böyük Şərqi Erqi əhatə edən artezian hövzəsi. == Xarakteristikası == Sahəsi təxminən 600,000 km2-dir. Prekembri fundamenti ilə Böyük Səhra plitəsi ilə əlaqələndirilir. Əsas sulu təbəqə kompleksi "kontinental interkollar" kimi tanınan Aşağı Təbaşir dövrünün qum-gil yataqları ilə əlaqələndirilir. Kompleksin tədqiq edilmiş dərinliyi 350 metr, dam örtüyünün dərinliyi 100–1,300 metrdir. Resurslar 23 m3/san olaraq qiymətləndirilir. Hövzə sularından sənaye və kənd təsərrüfatında istifadə olunur.
Artemia
Artemia (lat. Artemia) cinsi Zirehsiz xərçənglər (Anostraca) dəstəsinə və müstəqil Artemiidae fəsiləsinə daxildir. Planktonlar olub əsasən dayaz dəniz və duzlu göl sularında yaşayırlar. Fitoplanktonlarla qidalanırlar. Ən geniş yayılmış növü Artemia salina adlanır. == Çoxalması və həyat mərhələləri == Təbiətdə iki fərd vastəsi ilə çoxalsalarda bəzən ancaq dişilərdən ibarət koloniyalara belə rast gəlinir. Erkəklərdə dişini saxlamaq məqsədi ilə güçlü ətraflar mövcuddur Artemiyalara daxil olan növlərin iki variantı vardır. Onlar ya diri doğur ya da yumurta qoyaraq çoxalır. Bu strategiya əsasən onların yaşayış mühiti və genetik xüsusiyyətləri ilə əlaqədardır.. Yumurta qoyarkən mayalanmış yumurta dişinin böyüründə olan kisəciyə düşür oradan isə suya atılır..
Arterial hipertenziya
Arterial hipertenziya – arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir. Arterial hipertenziya birincili və ikincili olur. Birincili arterial hipertenziya – Hipertoniya xəstəliyi ayrıca bir xəstəlik olub əsas və aparıcı əlaməti AT-in qalxmasıdır. İkincili arterial hipertenziya simptomatik hipertoniya adlanır və bu zaman arterial hipertenziya başqa xəstəliklər nəticəsində əmələ gəlir. == Simptomatik hipertoniya (ikincili hipertoniya) == Simptomatik hipertoniyaya aiddir: Böyrək mənşəli hipertenziya – böyrək arteriasının stenozu, aterosklerozu, pielonefrit, qlomerulonefrit, böyrəkdaşı xəstəliyi və s. Endokrin(hormonal) mənşəli hipertenziya – İtsenko – Kuşinq sindromu, feoxromositoma, hiperaldosteronizm, qalxanabənzər vəz xəstəlikləri(zob), hiperparatireoz, oral kontraseptivlərin qəbulu və s. Sinir mənşəli hipertenziya – Neyrosirkulyator distoniya(NSD), kəllə-beyin travmaları və s. == Risk Faktorları == Həyat tərzi ilə bağlı risk faktorları: • Duzlu və yağlı qidaların qəbulu • Qida rasionunda meyvə və tərəvəzlərin az olması və ya olmaması • Alkoqoldan istifadə • Fiziki aktivliyin az olması və ya oturaq həyat tərzi • Həddindən çox stresli həyat tərzi • Tütünçəkmə Həyat tərzi ilə bağlı qeyd olunan risk faktorlarının təsiretmə səviyyəsi insanların harada yaşaması və işləməsi ilə sıx əlaqəlidir. Bundan əlavə ürək xəstəlikləri, insult, böyrək çatışmazlığı və hipertoniyanın digər ağırlaşmalarına səbəb olan bir sıra metabolik risk faktorlarıda mövcuddur. Bunlara aşağıdakılar aiddir: • Şəkərli diabet • Qanda xolesterinin yüksək səviyyəsi • Artıq çəki və piylənmə.
Arterial kimyaembolizasiya
Arterial kimyaembolizasiya — Arterial kimyaembolizasiya 1974-cü ildən tətbiq edilməyə başlanmışdır. Əvvəllər qaraciyər şişlərinin radikal müalicəsi sayılmış, lakin sonraki tədqiqatlarda palliativ — şişazaldıcı müalicə üsulu kimi qəbul olunmuşdur.
Artemia salina
Artemia salina- Artemia cinsinə mənsub duzlu sularda yayılmış xərçəngkimilərin qədim növüdür. == Morfoloji quruluşu == Bədən baş, döş və qarıncıqdan ibarətdir. Başda tək nauplial göz, fasetlı göz, antennullalar və antennalar, döşdə isə döş ətrafları yerləşmişdir. Qarıncıq çəngəlciklə qurtarır . == Təsnifatı == Kar Linneyin 1758-ci ildə nəşr olunan "Təbiətin sistemi" əsərində Cancer salinus kimi təsvir edilmişdir == Yayılması == Şimali Afrika, Cənubi Avropa və Anadoluda geniş yayılmışdır . == Əhəmiyyəti == Artemia salina balıqçılıq zavodlarında çoxaldılıb, körpə nərə balıqlarının yemləndirilməsində istifadə olunur .
Artemia urmiana
Urmiya artemiyası (lat. Artemia urmiana) — Xərçəngkimilər sinfinə, Qəlsəməayaqlı (Branchiopoda) dəstəsinə və müstəqil Artemiidae fəsiləsinə və Artemia cinsinə daxil olan növ. Növ ilk dəfə 1900-cü ildə Urmiya gölündə aşkarlanmışdır. Bölgənin və Urmiya gölünün endemik canlısıdır. Bu göldə yaşamaqda olan Artemiyalarnın sayı gölün qurumasına qədər 1 litrdə 4000 qədər ola bildiyi halda hazırda 1 litrdə 1 dənəyə enmişdir == Maraqlı fakt == 2004-cü ildə Ukrayanın Krımda yerləşən Opukski gölündə Urmiya artemiyası qeydə alınmışdır. Böyük ehtimal ki, gölə bu canlıları köçəri quşlar gətirmişdir. Gölün bioiqlimi və suyunun biokimyavi tərkibi Urmiya gölünə yaxındır.
Arteria radialis
Mil arteriyası (lat. arteria radialis) — saidi və əli qanla əchiz edən arterial sistemin, yuxarı ətraf arteriyalarına aid, uc hisədə ovucun dərin qövsünü təşkil edən damar. Bilək nahiyəsində mil sümüyünün bilavasitə üzərində və səhi yerləşdiyi üçün dəri üzərində nəbzi əlləmək mümkündür. Milarteriyası tibbi praktikada mühüm əhəmiyyət malikdir. Belə ki, xəsənin invaziv qanlı Korotkov üsulu ilə qan təzyiqinin ölçülməsi, dializ xəstələrində məhz bu arteriya vasitəsilə Çimino şuntu qoyulur. == Şaxələri == said: Qayıdan mil arteriyası — lat. arteria recurrerus radialis biləyin ovuc şaxəsi — lat. ramus carpeus palmaris (r. carpeus volaris — BNA) ovucun səthi şaxəsi — lat. ramus palmaris superficialis (r.
Açıq arterial axacaq
Açıq arterial axacaq və ya Açıq Botal axacağı anadangəlmə ürək qüsuru, dölün qan dövranında mühüm əhəmiyyətə malik arterial axacaq – Botal axacağı insan doğulduqdan sonra normada öz funksiyasını itirirdiyi üçün qapanmış olur. Bəzən bu axacaq qapana bilmir və açıq qalaraq eyniadlı ürək qüsurunu meydana çıxartmış olur. Aorta ilə ağciyər arteriyası arasında doğumdan öncəki dövrdə böyük və kiçik qan dövranını əlaqələndirən damardır . Ağciyərə qan ağciyəri qidalandırmaq üçün gedir , tənəffüsdə iştirak etmir bu dpvrdə. Normada o, insan doğulduqdan sonra ilk həftələr ərzində tutularaq, eyniadlı bağa çevrilmiş olur. == Patofiyiologiyası == Axacağın diametri və uzunluğu hemodinamik pozğunluğun səviyyəsini müəyyən edir. Axacaqdan axın həm sistola həm də diastola zamanı olur. Soldan sağa axın- şunt və ağciyər arteriyasında təzyiqin artması paralel olaraq axacağın diametrinin böyüməsinə gətirib çıxardır. == Klinik əlamətləri == Arterial ya Botal axacağın açıq qalması adətən yarımçıq doğulmuş uşaqlarda, ana bətnində (ananın məxmərək xəstəliyinə qarşı immuniteti olmadıqda) birinci trimestr dövründə məxmərək virusu ilə təmasda olan uşaqlarda tez-tez rast gəlinir. Çox nadir hallarda diaqnoz gecikmiş olaraq qoyulmuş olur.
Karteziyan koordinant sistemi
R × R {\displaystyle \mathbb {R} \times \mathbb {R} } Karteziyan hasilindəki hər sıralı cütlüyün Evklid müstəvisindəki bir nöqtəyə və birinci dərəcədən iki dəyişənli hər bir polinomun müstəvidəki bir düz xəttə, birəbir uyğunlaşdırılması ilə yaradılan cəbri həndəsi qurulaşa Karteziyan koordinat sistemi və ya Dik oxlar sistemi adı verilir. Evklid həndəsəsinin bir modelidir. Koordinat oxları x və y-dir, bunlar 0 da kəsişir . y-oxu - (ing. y-axis, ru. ось y) – ikiölçülü və üçölçülü torun, diaqramın, yaxud qrafikin şaquli koordinat oxu z-oxu - (ing. z-axis, ru. ось z)– üçölçülü koordinat sistemində, adətən, dərinliyi göstərən ox. x-oxu- ikiölçülü və ikiölçülü diaqramın, yaxud qrafikin üfüqi koordinat oxu x-y-z koordinat sistemi - (ing.x-y-z coordinate system) – üçüncü z oxunun üfüqi x və şaquli y oxuna perpendikulyar olduğu Dekart koordinat sistemi. x-y-z koordinat sistemindən kompüter qrafikasında həcmli, yəni uzunluğu, eni və dərinliyi olan modellər yaratmaq, eləcə də modelləri üçölçülü fəzada hərəkət etdirmək üçün istifadə olunur.
Karteziyan koordinat sistemi
R × R {\displaystyle \mathbb {R} \times \mathbb {R} } Karteziyan hasilindəki hər sıralı cütlüyün Evklid müstəvisindəki bir nöqtəyə və birinci dərəcədən iki dəyişənli hər bir polinomun müstəvidəki bir düz xəttə, birəbir uyğunlaşdırılması ilə yaradılan cəbri həndəsi qurulaşa Karteziyan koordinat sistemi və ya Dik oxlar sistemi adı verilir. Evklid həndəsəsinin bir modelidir. Koordinat oxları x və y-dir, bunlar 0 da kəsişir . y-oxu - (ing. y-axis, ru. ось y) – ikiölçülü və üçölçülü torun, diaqramın, yaxud qrafikin şaquli koordinat oxu z-oxu - (ing. z-axis, ru. ось z)– üçölçülü koordinat sistemində, adətən, dərinliyi göstərən ox. x-oxu- ikiölçülü və ikiölçülü diaqramın, yaxud qrafikin üfüqi koordinat oxu x-y-z koordinat sistemi - (ing.x-y-z coordinate system) – üçüncü z oxunun üfüqi x və şaquli y oxuna perpendikulyar olduğu Dekart koordinat sistemi. x-y-z koordinat sistemindən kompüter qrafikasında həcmli, yəni uzunluğu, eni və dərinliyi olan modellər yaratmaq, eləcə də modelləri üçölçülü fəzada hərəkət etdirmək üçün istifadə olunur.