arxont

arxont
arxqazan 2021
arxozavr
OBASTAN VİKİ
Arxont
Arxont (q.yun. ἄρχων — başçı, rəis, hökmdar; başlanğıc, hakimiyyət mənalarını verən ἄρχη sözündən əmələ gəlib) — qədim yunan polislərində (şəhər-dövlət) ən yüksək vəzifəli şəxs. Bizans İmperiyasında bu titulu yüksək vəzifəli ağalar daşıyırdılar. Arxont sözü çox hallarda slavyan sözü "knyaz" ilə eyni məna verirdi. Konstantinopolun fəthindən sonra arxont titulu Konstantinopol patriarxı tərəfindən xüsusi xidmətlərə görə bəzi pravoslav şəxslərə verilirdi. == Afina arxontları == Ən məşhur arxontlar Afinadandır, orada bu titul hələ Basilevsin dövründə yaranmışdır. Əfsanəyə görə, e.ə. XI əsrdə çar hakimiyyəti ləğv olundu və Kodridlər çar nəslinin nümayəndələri ömürlük arxont oldular. E.ə. VIII əsrin ortalarında Evpatridlər bu vəzifəyə təyin olunmağa başlandılar və arxontun hakimiyyət müddəti 10 ilə qədər azaldıldı, e.ə.