ASANSÖR

lift
ASALET
ASAYİŞ
OBASTAN VİKİ
Asansör
Asansör (türkcə Asansör, hərfi tərcümədə “lift”, eynimənalı “ascenseur” fransız sözündən götürülmüşdür) və ya Tarihi Asansör- İzmir şəhərində (Türkiyə), Konak rayonunun Karataş məhəlləsində yerləşən tarixi tikili, içərisində ictimai lift yerləşən qala, İzmirin məşhur görməli yerlərindən biri. Dəniz sahilində yerləşən Karataş məhəlləsindən (Mithatpaşa küçəsi) təpədə yerləşən Halilrifat Paşa küçəsinə (keçmiş Yəhudi məhəlləsinin aşağısı və yuxarısı) qalxmaq üçün 1907-ci ildə tikilmişdir. == Tarixi == Asansörün kərpic lift qalası yəhudi mənşəli bankir və xeyriyyəçi Nesim Levi Bayraklıoğlu tərəfindən 1907-ci ildə tikdirilmişdir. Asansörün tikilməsində əsas məqsəd Mithatpaşa küçəsindən Halilrifat Paşa küçəsinə keçidi asanlaşdırmaq olmuşdur. Asansörün tikintisindən əvvəl 40 metrlik hündürlük fərqi olan bu küçələri 155 pillədən ibarət pilləkan (türklər onu Karataş Merdivenleri, yəhudilər Devidasların Merdiveni adlandırırdılar) birləşdirirdi. Deyilənə görə, pilləkənin yuxarı başında Devidas ailəsinin evi, aşağı başında isə onların dostu Nesim Levinin evi yerləşirdi. Bir gün ata Devidas pilləkəndən yıxılıb ayağını sındırdıqdan sonra Nesim Levi Asansörü tikdirmək qərarına gəlir. XX əsrin 30-cu illərində Asansör qalasında kinoteatr, teatr səhnəsi və fotostudiya yerləşirdi. 1942-ci ildə tikili Şerif Remzi Reyentə satıldı. Onun ölümündən sonra Asansör vərəsəlik qaydasında onun qohumu Ayla Ökmene keçdi.