ASHRAE
Amerika İstilik, Soyuqluq və Kondisioner Mühəndisləri Cəmiyyəti (ASHRAEı /ˈæʃreɪ/ ASH-ray) — isitmə, havalandırma, kondisioner və soyutma (HVAC&R) sistemlərinin dizaynı və tikintisini ilə məşğul olan Amerikan cəmiyyəti. ASHRAE-nin dünyanın 130-dan çox ölkəsində 50.000-dən çox üzvü var.
ASHRAE cəmiyyətinin üzvlərinə memarlar, podratçılar, bina sahibləri, avadanlıq istehsalçılarının və binalarda İVHK sistemlərinin dizaynı və tikintisi ilə məşğul olan digər şəxslər daxildir. Cəmiyyət hər il elmi tədqiqat layihələrini maliyyələşdirir, üzvlərinə davamlı təhsil proqramları təklif edir və bina kommunikasiyaları mühəndisliyini, enerji səmərəliliyini, daxili havanın keyfiyyətini və davamlı inkişafı təkmilləşdirmək üçün texniki standartlar hazırlayır və dərc edir.
== Tarix ==
ASHRAE 1894-cü ildə Nyu-Yorkda bir sıra mühəndisin iclasında təsis edilmişdir. Cəmiyyət 1895-ci ildən bəri hər il illik toplantı keçirir. 1954-cü ilə qədər cəmiyyət, Amerika İstilik və Havalandırma Mühəndisləri Cəmiyyəti (ASHVE) kimi tanınırdı; lakin həmin il adını Amerika İstilik və Kondisioner Mühəndisləri Cəmiyyəti (ASHAE) olaraq dəyişdirdi. Onun hazırkı adı isə, 1959-cu ildə ASHAE və Amerika Soyuducu Mühəndislər Cəmiyyətinin (ASRE) birləşməsindən yaranmışdır.
== Nəşrlər ==
ASHRAE Təlimat Kitabı İVHK texnologiyaları üçün dörd cildlik resursdur və həm çap, həm də elektron versiyalarda mövcuddur. Cildlərə Əsaslar, İVHK Tətbiqləri, İVHK Sistemləri və Avadanlıqları və Soyuducu daxildir .