ASKET
AŞURA
OBASTAN VİKİ
Asketizm
Asketizm (yun. άσκητής; azərb. təmrin, məşq edən, təcrübə keçən‎) — Dini, yaxud mənəvi məqsədlər naminə ehtiyacların ödənilməsinin könüllü surətdə məhdudlaşdırılması, həzzdən imtina olunması, əziyyətlərə dözümlülük göstərilməsi. Asketizm təcrübəsi müxtəlif mədəniyyətlər də eyni məqamları – özünü qidada məhdudlaşdırmanı (oruc), seksual münasibətlərdən qorunmanı (nikahsızlıq, yaxud selibat), tənhalığa çəkilməyi, susmağı, daha ifrat formalarda isə səfilliyi (sərgərdanlıq, dərvişlik), özünə əzab verməyi və s. ehtiva edir. == Tarixi == Asketizmin motivləri də müxtəlif ola bilər: onların bəziləri bir-birini tamamlayır, digərləri bir-birini istisna edir. Fövqəltəbii qüvvələrin mənbəyi olan asketizm təsəvvürü şamanların aclıq, yuxu suzluq və s. vasitəsilə ruhlarla ünsiyyətə hazırlığın ibtidai praktikasına dayaqlanır. Bu motiv hind tantrizmi ənənəsi üçün xüsusilə səciyyəvidir. Lakin teist dinlər də asketizm motivi möcüzəyaratma yolu kimi ya dəyişilmiş şəkildə, ya da dini şüurun məişət periferiyasında üzə çıxır.

Значение слова в других словарях