Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Askentizm
Askentizm (yun. άσκητής; azərb. təmrin, məşq edən, təcrübə keçən‎) — Dini, yaxud mənəvi məqsədlər naminə ehtiyacların ödənilməsinin könüllü surətdə məhdudlaşdırılması, həzzdən imtina olunması, əziyyətlərə dözümlülük göstərilməsi. Askentizm təcrübəsi müxtəlif mədəniyyətlər də eyni məqamları – özünü qidada məhdudlaşdırmanı (oruc), seksual münasibətlərdən qorunmanı (nikahsızlıq, yaxud selibat), tənhalığa çəkilməyi, susmağı, daha ifrat formalarda isə səfilliyi (sərgərdanlıq, dərvişlik), özünə əzab verməyi və s. ehtiva edir. == Tarixi == Askentizmin motivləri də müxtəlif ola bilər: onların bəziləri bir-birini tamamlayır, digərləri bir-birini istisna edir. Fövqəltəbii qüvvələrin mənbəyi olan askentizm təsəvvürü şamanların aclıq, yuxu suzluq və s. vasitəsilə ruhlarla ünsiyyətə hazırlığın ibtidai praktikasına dayaqlanır. Bu motiv hind tantrizmi ənənəsi üçün xüsusilə səciyyəvidir. Lakin teist dinlər də askentizm motivi möcüzəyaratma yolu kimi ya dəyişilmiş şəkildə, ya da dini şüurun məişət periferiyasında üzə çıxır.
Atletizm
Atletika bu mənaları ifadə edə bilər: Yüngül atletika — Özündə qaçış idman növlərini, idman yerişini, tullanmaları, atmaları, coxnövçülük və krossu birləşdirir.
Şaktizm
Şaktizm (Sanskrit dilində:शाक्तं, Śāktaṃ IAST, hərfi mənada "güc doktrinası" və ya "İlahə doktrinası") — induizmin əsas istiqamətlərindən biri, Şakti və ya Devaya (induizmdə Ana-İlahə - Allahın mütləq və ilk başlanğıc formasıdır) inam hissidir. Vaynaşizm, şivaizm və smartizm ilə birlikdə induizmdə dörd əsas ənənədən biridir. Şaktizm mistisizmə güclü bağlılığı ilə səciyyələnir. Qədim dövrlərdə şaktizm ayrıca təriqət kimi inanclı insanları ekstatik vəziyyətdə Şaktinin dünyəvi gücü ilə birləşməsinə çağırışlarına əsaslanan xüsusi ayinlərlə müşahidə olunurdu. Şaktizmin kökləri ən qədim dövrlərə gedir, Ana-İlahəyə inam matriarxatlığın əsas qalıqlarından biridir. Şaktizmin dini mətnləri arasında əsas yeri Deva-Mahatmya adlanan mətnlər təşkil edir. Bu mətnlər sanskrit dilində 1600 il bundan əvvəl rişi (induizm dininə görə gələcəyi görən, müdrik) Markandeya tərəfindən yazılmışdır və Markandeya-puran adlanan indus dini mətnlərinin əsas tərkib hissəsini təşkil edirlər. Şaktizm çoxlu müxtəlif təriqətlərə və cərəyanlara bölünür, lakin onun iki əsas istiqaməti (məktəbi) xüsusi ilə fərqlənir. Hindistanın cənubunda geniş yayılmış Şrikula və ölkənin şimal və şərqində yayılmış Kalikula. Digər geniş yayılan məktəblərdən biri də Şrividya idi.