atəş-dəstək

atəş-dəstək, vasitələri (hərb.)
atəş
atəşaçma
OBASTAN VİKİ
Atəş
Atəş — soyad, təxəllüs. Əhməd Atəş — Kürd şərqşünası. Toxtamış Atəş — professor, publisist Mirzəağa Atəş — Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist. Ülkər Atəş — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist.
Texniki dəstək
Texniki dəstək (ing. Technical support, rus. Техническая поддержка) — Texniki dəstəyi kompüterin istehsalçısı, kompüteri aldığınız mağaza, yaxud kompüterdən "başı çıxan" tanıdığınız göstərə bilər. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Atəş Aslanov
Atəş kisəsi
Atəş kisəsi və ya oqnevoy meşok (rus. огневой мешок) — iki və ya üç tərəfdən kütləvi və cəmləşmiş atəş hücumu həyata keçirmək əvvəlcədən təyin edilmiş ərazi sahəsi. Qarşı tərəfə ən qısa zamanda maksimum ziyan vurmaq üçün hərbi hissənin atəş sistemi daxilində təşkil olunur. Bu, həm cəbhənin ön xəttində, həm də müdafiənin dərinliklərində yerləşə bilər. Bundan Əfqanıstanda sovet qoşunlarına qarşı dəfələrlə tətbiq olunmuşdur. Birinci Qarabağ müharibəsi zamanı həyata keçirilmiş "Çeildağ" əməliyyatı əsnasında ermənilər tərəfindən Azərbaycan hərbçilərinə qarşı da istifadə edilmişdir. Həmçinin, eyni taktikadan İkinci Qarabağ müharibəsi zamanı baş tutan Hadrut döyüşündə Azərbaycan hərbçiləri tərəfindən istifadə edilmişdir.
Atəş nöqtəsi
Atəş nöqtəsi — şərti olaraq ətrafın qoruyucu xüsusiyyətlərinə istinad edərək taktiki cəhətdən sərfəli atəş mövqeyində müdafiə məqsədi ilə düşmənə ayrı bir atəş vasitəsilə qarşılıq (pulemyot, minaatan, qumbaraatan, topçu silahı və s.) ifadə edən müəyyən bir termindir. Atəş nöqtəsinin döyüşə hazır olması atəş gücü atəş mövqeyi tutduqda, hesablanmasına döyüş tapşırığı verildiyi, atəş məlumatları və döyüş sursatları hazırlandığı, kamuflyaj edildiyi və təhlükəsizlik təşkil edildiyi zaman meydana gəlir. Bütün digər atəş nöqtələrinə əlavə olaraq müasir istehkam fərqləndirir: uzunmüddətli atəş nöqtəsi - qarnizonlarının qorunması və maddi-texniki dəstəyi üşün nəzərdə tutulmuş, əlavə möhkəm materiallardan (polad, dəmir-beton) düzəldilən və döyüş sahəsini izləmək üçün xüsusi avadanlıqla (periskoplar, su boruları, havalandırma sistemləri, siqnalizasiya, rabitə, həyat dəstəyi və s.) təchiz edilmiş atəş nöqtəsi; taxtadan ibarət yeraltı atəş nöqtəsi - mühəndis-istehkam birlikləri tərəfindən qırıntı materiallarından sahə müdafiə strukturları kimi tez bir zamanda qurula bilən atəş nöqtəsi.
Atəş qarışqası
Atəş qarışqası (lat. Solenopsis) — Hymenoptera dəstəsindan bir həşərat növü.
Atəş ramı
Atəş ramı və ya Taran — döyüşdə istifadə oluna biləcək ən sonuncu hücum variantıdır. Hücum vasitələri bitmiş və ya zədələnmiş təyyarənin digər təyyarəyə və ya yer hədəfinə çırpılması ilə məhv üsuludur. Təyyarələrin ixtirasından çox əvvəl dəniz və quru döyüşlərində bu hücum növündən istifadə olunmuşdur. Atəş ramı ilə Kamikadze hücumları eyni deyildir. Çünki atəş ramı zamanı pilotun sağ qalmaq ehtimalı vardır. İlk taran 1914-cü ildə Birinci Dünya Müharibəsi zamanı Pyotr Nesterov tərəfindən həyata keçirilmişdir. Azərbaycan Hərbi Hava Qüvvələri tarixində ilk dəfə atəş ramı həyata keçirən pilot polkovnik Zaur Nudirəliyev olmuşdur.
Mirzəağa Atəş
Mirzəağa Atəş (Mirmövsümov Mirzəağa Nəsir oğlu; 1935, Qarabulaq (Xızı), Xızı rayonu – 2002, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist. Mirzəağa Mirmövsümov həm Azərbaycanda, həm keçmiş postsovet məkanında peşəkar ssenarist və dramaturq kimi tanınır. Mirmövsümov Mirzəağa Nəsir oğlu 1935-ci ildə Xızıda anadan olmuşdur. Adı Günəşlidir... (film, 1992) (qısametrajlı sənədli süjet-Mozalan № 162) Astana (film, 1988) Bağlı qapılar (film, 1986) Bir daha keyfiyyət barədə (film, 1987) Bir məktubun izilə (film, 1990) Bir sinədə iki ürək (film, 1987) Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini (film, 1986) Canlı naxışlar (film, 1987) Cavidi xatırlarkən (film, 1982) Çətin sual (film, 1979) Dərd çox… (film, 1988) Diaqnoz (film, 1991) Fəryad (film, 1993) Gəlinlər (film, 2002) Hacı Qara (film, 2002) Haqlı narazılıq (film, 1988) Heyvandarların gileyi (film, 1991) İgidlik rəmzi (film, 1992) İsrafçılıq (film, 1980) Kimə inanaq?
Susdurucu atəş
Susdurucu atəş (ing. Supressive fire) — hərb elmində, düşmənə atəş açıb, onu qısa döyüş qabiliyyətini məhrum etmək, döyüşdə meydanının görüntüsünə mane, koordinasiya və idarəedilmə dağınıqlığı hədəfi ilə istifadə olunan taktiki fənd.
Toxtamış Atəş
Toxtamış Atəş (1944-2013) — professor, publisist Professor Toxtamış Atəş 1944-cü ildə İstanbulda anadan olub. Türkiyədə şərqşünaslıq-fars filologiyasının əsasını qoyan Fuad Körpülü, Zəki Vəlidi Toran kimi Cümhuriyyət dövrünün böyük və məşhur professorlarından olan Kürd Əhməd Atəşin orludur. Əhməd Atəş Məhəmmədhüseyn Şəhriyarın yaxın dostu kimi onunla tez-tez görüşmüş, həm də "Heydərbabaya salam" poemasını ilk dəfə Türkiyədə nəşr etdirərək onu dünya türkoloji dairələrinə tanıtmışdı. O, Güney Azərbaycan ədəbiyyatı başda olmaqla şərqşünaslıq və türkologiya sahəcində Türkiyə Cümhuriyyətinin qurucu alimlərindən ən birincisi kimi zoxlu sayda əsər yazmışdı.Toxtamış Atəş orta və lisey təhsilini Avstriya orta məktəbində və Vəfa Liseyində alıb, daha sonra Istanbul Universitetinin iqisadiyyat fakültəsində oxuyub, 1967-ci ildə həmin universiteti bitirib, 1968-ci ildə orda siyasət elimləri doktoru, 1974-cü ildə dosent, 1982-ci ildə isə professor olub. Müxtəlif dövrlərdə ABŞ və Almaniya universitetlərində dərs deyib. İstanbul Universiteti iqtisad fakültəsi beynəlxalq münasibətlər kafedrasında müəllimi, eyni zamanda Bilgi Universitetinin qurucularından biri və idarə heyətinin üzvüdür. "Cümhuriyyət" qəzetində köşə yazarıdır, ayrı-ayrı mətbuat orqanlarında məqalələr nəşr etdirir. Indiyədək 30-dan artıq kitabı çapdan çıxıb.Evli və bir uşaq atası olan Toxtamış Atəş 1968-cı il hadisələrinin önündə gedən gənc liderlərindən olub.
Ülkər Atəş
Ülkər Atəş (1 aprel 1963, Söyüdlü, Gədəbəy rayonu) — Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist. "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-nin sədr müavini, "Əlillər dünyası" qəzetinin redaktoru. "Xatun", "Ozan", "Qızıl mikrofon", "Qızıl qələm" media mükafatları laureatı. Ülkər Atəş (İsmayılova) 1963-cü il aprelin 1-də Azərbaycanın Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur. Bakıda Gözdən Əlillər üçün olan məktəbdə təhsil almağa başladı. Orta təhsilini başa vuran Ülkər Atəş Neftçi Qurban adına Mədəniyyət Sarayının nəzdindəki Qarmon şöbəsini, Bakı Mədəni Maarif Texnikumunu və daha sonra Britaniyanın “Oksfam” şirkətinin Massaj Reabilitasiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetinə qəbul olaraq, “Şərqşünaslıq” ixtisasına yiyələnmişdir. 1998-99, 2001-2004 və 2007-ci illərdə Ümumrespublika Baxış Müsabiqələrinin bədii qiraət üzrə laureatı olmuşdur.Dövrünün məşhur “Günay”, “Bozqurd”, “Millət”, “Ekspress”, “Cümhuriyyət”, “Zaman”, “Yeni Azərbaycan”, “Kredo”, “Nota”, “Vətən fədailəri” və s. kimi qəzetlərində, eləcə də, “Kirpi”, “Ulduz” kimi ədəbi-bədii jurnallarda əsərləri dərc olunmuş, görkəmli elm və ictimai xadimlər tərəfindən müsbət rəy almışdır. 1994-cü ildən jurnalistik fəaliyyətə başlamış, 1998-ci ildən etibarən “İcmal” qəzetində xüsusi müxbir işləmişdir.
Əhməd Atəş
Əhməd Atəş (1917 və ya 1911, Birecik[d], Şanlıurfa ili – 20 oktyabr 1966, İstanbul) — Kürd şərqşünası. Əhməd Atəş 1917-ci ildə Türkiyənin Birecik şəhərində anadan olmuşdu. Konya litseyində oxuduqdan sonra İstanbul Universitetinin Ədəbiyyat fakültəsini 1939-cu ilda bitirmişdi. Eyni il asistent oldu. Professor Hellmut Ritterin yanında ərəb-fars filologiyası çalışmalarına başladı. 1953-cü ildə də professor oldu. Şərqşünaslıq İnstitutnun rəsmi quruluşunu təşkil etdi. Ayrıca yabançı bilim adamlarıyla Şark Tetkikleri Cemiyətinin qurulması onun sayəsində başa gəldi. Hasan Ali Yücelin Milli Təhsil nazirliyi dönəmində yayınlanma qərarı çıxan İslam ensiklopediyasının yayın qurulunda Adnan Adıvar ilə çalışmağa başladı. İran ədəbiyyatına ilişkin çalışmalarından ötürü İran tərəfindən ona "Bilimsel Takdir Madalya"sı verildi.
Nejla Atəş
Nejla Ateş (türk. Nejla Ateş; əsl adı Naciyə Batır, türk. Naciye Batır; 7 mart 1932, Konstansa – aprel 2005, İstanbul) — Türkiyə rəqqasəsi və aktrisası. ABŞ-də "Turkish Delight" kimi də tanınırdı. "Kral Riçard və səlibçilər", "Sinbadın oğlu" və "Fanni" filmlərində çəkilmişdir. 1954-cü ilin noyabrında Sentral parkda onun çılpaq heykəli ucaldılmışdır.
Atəş Anbar
Atəş Anbar (fars. آتش‌انبار‎) — İranın Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşinin Əfşariyyə dehistanının ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 103 nəfər yaşayır (32 ailə). Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Uzunmüddətli atəş nöqtəsi
Uzunmüddətli atəş nöqtəsi (rus. Долговременная огневая точка, DOT, bəzən "uzunmüddətli müdafiə nöqtəsi" də deyilir) — uzunmüddətli müdafiə və qorunan otaqdan (döyüş qazamatı) müxtəlif atəş silahlarını atmaq üçün davamlı materiallardan hazırlanmış ayrı bir kiçik kapital istehkam binası. DOTlar əsasən monolitik və ya yığma dəmir-beton, məhlul əsaslı daş, möhkəmlətmə və zireh örtüklü dəmir kirişlərdən tikilir. Tamamilə metaldan hazırlanmış atəş nöqtəsinə zirehli başlıq deyilir. Monolitik dəmir-beton ən çox istifadə ediləndir. Bu quruluşdan möhkəmləndirilmiş sahə sistemində tək və ya bir çox ola bilər. Digər uzunmüddətli istehkam tikililəri kimi, DOT da hərbi qulluqçuları düşmən atəşinə məruz qalmaqdan qoruyur (güllə, qəlpə, mina, mərmi və hava bombası partlayışları) və qarnizona düşmən üzərinə bu nöqtələrdən qala topları və pulemyot qurğuları vasitəsilə atəş etməyə imkan verir. Torpağa batmış tanklar (köhnəlmiş və ya müstəqil hərəkət etmək qabiliyyəti olmayan) bəzən DOT kimi, həmçinin təməllərə quraşdırılmış tank qüllələri (tank qülləsi qutuları) kimi istifadə olunurdu.
Zombilənd: İkiqat Atəş
Zombilənd: İkiqat Atəş (ing. Zombieland: Double Tap) — Ruben Fleyşerin rejissorluğu ilə 2019-cu ildə çəkilmiş postapokaliptik zombi komediya filmi. Bu "Zombilənd" filminin davamıdır. Filmdə hadisələr Ağ Evdə keçir. Amansız və qorxmaz dörd zombi ovçusu daxili səyahətlərini davam etdirir. Bu dəfə onlar yalnız canlı ölülərin yeni növləri ilə mübarizə aparmalı, digər sağ qalanlarla da tanış olmalıdırlar. Bundan əlavə, qəhrəmanlarımızın sıralarında ciddi fikir ayrılığı müşahidə olunur.
Azərbaycan Diasporuna Dəstək Fondu
Azərbaycan Diasporuna Dəstək Fondu — Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində publik hüquqi şəxs statuslu fond. == Tarixi == Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2018-ci il tarixli Fərmanı ilə yaradılmışdır. == Məqsədi == Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsinə, ölkənin mənafelərinin müdafiəsinə, milli-mənəvi dəyərləri dünya azərbaycanlılarının qorumasına, daha da inkişaf etdirilməsinə və tanıtmasına, onların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə, lobbiçilik fəaliyyətinin güclənməsinə, sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərinin həllinə, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə və mütəşəkkilliyinin möhkəmlənməsinə dövlət dəstəyi göstərməkdir. == İdarə olunması == Fond öz fəaliyyətində və idarəetmədə korporativ idarəetmə standartlarını tətbiq edir. Müşahidə Şurası və İcraçı direktor Fondun idarəetmə orqanlarıdır. === Müşahidə Şurası === Fonda ümumi rəhbərliyi və nəzarəti Fondun Müşahidə Şurası həyata keçirir. Şura onun sədri də daxil olmaqla üç üzvdən ibarətdir. Şuranın üzvlərini Komitənin sədri vəzifəyə təyin və vəzifədən azad edir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir. === İcraçı direktor === Fondun cari fəaliyyətinə İcraçı direktor rəhbərlik edir.
Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri
Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri və ya BTDQ (ing: International Security Assistance Force ya da ISAF) —Əfqanıstanda Əfqanıstan müharibəsindən sonra NATO-nun rəhbərliyi altında qurulmuşdur; məqsədi təhlükəsizlik və humanitar yardım göstərmək məqsədi daşıyan təşkilatdır. == Ümumi baxış == 2008-ci ilin oktyabrında Əfqanıstanda 50,700 ISAF qüvvəsi yerləşdirilmişdi. Bunlardan 26-sı NATO üzvü, 10-u NATO tərəfdaşı və 5-i NATO üzvü və tərəfdaş olmayan ölkələrdir. ISAF əvvəlcə Kabildə təhlükəsizliyi təmin etdi, sonra Taliban və Əl-Qaidə bölgələrinə və fraksiyaçı liderlərə qarşı əməliyyatlar həyata keçirmişdir. Bu əməliyyatların məqsədi Həmid Kərzainin başçılığı ilə Əfqanıstan administrasiyasının yaradılması idi.2003-cü ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ISAF qüvvələrinin Əfqanıstanda genişlənməsinə icazə verdi. 2006-cı ildən bəri, ISAF Əfqanıstanın cənubunda bir çox əməliyyat keçirmişdi. Bu tendensiya 2007 və 2008-ci illərdə də davam etmişdir. ISAF 2014-cü ilin dekabrında əməliyyatlarını dayandırdı və ləğv edildi.
Koronavirusla Mübarizəyə Dəstək Fondu
Koronavirusla Mübarizəyə Dəstək Fondu — Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılmışdır. Bu qəbildən olan fond dünyada ilk dəfə Azərbaycanda təsis edilmişdir. == Haqqında == Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında 2020-ci il martın 19-da fərman imzalamışdır. Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır. Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edib. Bu məqsədlə, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi,sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir. Fond 2020-ci il dekabrın 31-dək fəaliyyət göstərəcək. === Fondun vəsaitindən koronavirusla mübarizə üçün istifadə istiqamətləri === Tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə; Tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə; Xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına; Nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə; Tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə; Tibb sahəsində mütəxəssislərin hazırlanmasına; Təbliğat və maarifləndirmə işlərinə; Koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə.
Qərar qəbuledici dəstək sistemi
Qərar qəbuletməyə dəstək sistemi (en. decision support system (DSS)), (ru. система поддержки принятия решений), (tr. karar destek sistemi) – təşkilat daxilində qərarların təhlili və qəbuledilməsi zamanı istifadə olunan, qarşılıqlı əlaqəli proqramlar və verilənlər dəsti. DSS idarəetmə informasiya sistemi (management information system, MIS) və icra informasiya sistemi (executive information system, EIS) kimidir, ancaq istifadəçiyə alternativ qərarların yaradılmasında və ən münasib hərəkət tərzinin seçilməsində daha çox yardımçı olur. DSS-in tərkibinə bunlar daxildir: informasiya verilənləri bazası (qərarın qəbul edəcəyi sahə haqqında biliklər toplusu); məsələləri təsvir etmək və sualları formalaşdırmaq üçün istifadə oluna bilən "dil"; alternativ qərarları sınaqdan keçirmək üçün modelləşdirmə proqramı. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Siyasi məhbuslara dəstək etirazı
19 yanvar mitinqi — 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyası. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub. 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyada 20,000 nəfər iştirak edib. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub. Polis stadiona girişi mitinqin başlanmasından 15 dəqiqə sonra bağlayıb, stadionun ərazisində isə mobil internet söndürülmüşdü ki, heç kim sosial şəbəkələrdə canlı efirə qoşula bilməsin. Polis girişdə bəzi mitinq iştirakçılarının əlindən onların gətirdiyi siyasi məhbusların portretlərini alıb. Aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq", "Mehman Hüseynova azadlıq", "Bu vətən bizimdir", "Biz qalib gələcəyik" və başqa şüarlar səsləndiriblər. Tribunada müxalif Müsavat, Respublikaçı Alternativ və Azərbaycan Xalq Cəbhəsi partiyalarının nümayəndələri, həmçinin siyasi fəallar olublar. Mitinqdə Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, ReAL Partiyasının sədri İlqar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli çıxış ediblər. Öz çıxışlarında onlar ölkə hakimiyyətini tənqid edərək, korrupsiyadan, pis iqtisadi vəziyyətdən və insan haqlarının pozulmasından danışıblar.
Reaktiv Yaylım Atəş Sistemi
Reaktiv Yaylım Atəş Sistemi (və ya qısa adı ilə RYAS) — birdən çox raket atma qabiliyyətinə sahib, təkərli və ya tırtıllı maşınlara əlavə olunan silahlardır.
Bütün dünyanın eşitdiyi atəş
"Bütün dünyanın eşitdiyi atəş" (Shot Heard 'Round the World) — 19 aprel 1775-ci ildə Leksinqton və Konkord döyüşlərini açılan, ABŞ İstiqlal müharibəsində alovlandıran və ABŞ-nin yaranmasına səbəb olan gülləni təsvir edən ifadə. Bu, Ralf Uold Emersonun 1837-ci ildə yazdığı "Konkord himni" şeirinin açılış misrasından gəlir. Bu ifadə sonradan Birinci Dünya müharibəsinin katalizatoru olan ershersoq Frans Ferdinandın 1914-cü ildə öldürülməsinə tətbiq edilmişdir. == Frans Ferdinandın qətli == Beynəlxalq aləmdə bu ifadə ilk növbədə 28 iyun 1914-cü ildə Sarayevoda Frans Ferdinandın öldürülməsi ilə əlaqələndirilmişdir. Bu hadisə Birinci Dünya müharibəsinin birbaşa səbəblərindən biri hesab olunur.
İranda Azərbaycana dəstək aksiyaları (2020)
İranda Azərbaycana dəstək aksiyaları — 2020-ci ildə baş vermiş Tovuz döyüşləri və İkinci Qarabağ müharibəsindən sonra cənubi azərbaycanlılar tərəfindən Azərbaycana dəstək, İrana və Ermənistana qarşı olan aksiyalar və tədbirlər. Bir neçə şəhərdə aksiyaların keçirilməsinin qarşısı alınıb. Ondan artıq şəhərdə baş vermiş aksiyalara isə təhlükəsizlik qüvvələri müdaxilə edib, aksiyanı dağıdıb iştirakçılarını həbs ediblər. Aksiya iştirakçıları Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirərək, Ermənistana və İrana qarşı şüarlar səsləndiriblər. Saxlanılmış yüzlərlə vətəndaşın arasında qadınlar, qocalar və uşaqlar da olub. Onların bir çoxu həbs olunarkən zorakılıqla üzləşiblər. Bəziləri aksiyalar dağıdılan zaman, bəziləri isə həbsxanada işgəncələrə və döyülmələrə məruz qalıblar. Gözdən əlil olan Səccad Colani həbs olunarkən döyülüb və burnu qırılıb. Təbrizdə saxlanılmış Fatma İbrahimzadə 13 yaşlı qızı Kövsər Nemətinin gözləri qarşısında dindirilib və işgəncəyə məruz qalıb. Ərdəbildə həbs olunmuş 74 yaşlı Pərviz Siyabi həbsxanada döyülüb.
Milad bayramında açılan atəş (roman)