Auditor Rəyi

kənar auditorun tərtib etdiyi sənəddir. Auditor rəyi 3 hissədən ibarət olur: 1) auditor yoxlamasına məruz qalmış sənədlərin siyahısı 2) bu hissə “görülən işlərin həcmi barədə bölmə” adlanır və qeyd olunur ki, yoxlama ümumi qəbul olunmuş auditor standartlarına uyğun aparılıb. 3) üçüncü hissə “auditor fikri” adlanır və auditor yoxlamasının nəticələrini formalaşdırır.
Auditor Firması
Auditorlar Assosiasiyası
OBASTAN VİKİ
Auditor
Auditor(lat. auditor — dinləyici) — Auditlə məşğul olan şəxs, Audit tapşırığı üzrə tərəfdaş. "Auditor" terminindən həm audit tapşırığı üzrə tərəfdaşı, həm də auditor təşkilatını ifadə etmək üçün istifadə olunur. Audit tapşırığı üzrə tərəfdaşa münasibətdə bu termin tapşırıq üzrə tərəfdaşın öhdəliklərini və ya vəzifələrini ifadə edir. Belə öhdəlik və vəzifələr həm audit tapşırığı üzrə tərəfdaş, həm də audit qrupunun üzvü tərəfindən yerinə yetirilə bilər. Öhdəlik və ya vəzifələrin audit tapşırığı üzrə tərəfdaş tərəfindən yerinə yetirilməsinin aydın şəkildə nəzərdə tutulması hallarında "auditor" termininin əvəzinə "tapşırıq üzrə tərəfdaş" terminindən istifadə olunur. ("Auditor" terminindən auditdən fərqli əlaqədar xidmətlərin və əminliyi təmin edən audit tapşırıqlarının təsvir edilməsi zamanı istifadə oluna bilər. Lakin belə bir əsaslandırma auditdən fərqli əlaqədar xidmətlər və ya əminliyi təmin edən tapşırığı yerinə yetirən şəxsin iqtisadi subyektin maliyyə hesabatlarının auditini mütləq surətdə həyata keçirməsini nəzərdə tutmur).
Auditor (jurnal)
"Auditor" (rus. Аудитор) — Rusiyada elmi jurnal, audit haqqında ilk dövri nəşrlərdən biri. 1994-cü ildən nəşr olunur. Auditorlar və məsləhətçilər, mühasiblər, vergi və maliyyə xidmətlərinin işçiləri, bütün mülkiyyət formalı müəssisələrin rəhbərləri, müəllimlər, elmi işçilər və iqtisadi ixtisaslar üzrə tələbələr üçün nəzərdə tutulmuşdur. 2010–2011-ci illər üçün Rusiya Təhsil və Elm Nazirliyinin Ali Attestasiya Komissiyasının elmi jurnallarının siyahısına daxil edilmişdir. Burada elmlər doktoru və namizədi alimlik dərəcəsi almaq üçün dissertasiyaların əsas elmi nəticələri dərc edilməlidir. Rusiya Elm İstinad İndeksinə daxildir.