Avırtmac

Xörək növünün adıdır. Un ilə yağdan bişirilir. Qubadlı kənd şivələrində “un ilə yağdan bişirilən xörək” anlamında işlənir. Ədəbi dilimizə daxil ola bilməmişdir. Avırtmaca bizi qonaq elə. (1, 17) –mac şəkilçisi vasitəsilə dilimizdə tutmac, bozartmac, qatmac, küməc, qovurmac, bulamac və s. xörək adları formalaşmışdır. Fikrimizcə, “avıtmac” sözünün əsasında “ovmaq” feili dayanır. Sözün sonundakı -c şəkilçisi feillərdən isim düzəldir. Bu şəkilçi sözə təklikdə artırıldığı kimi (tıxac, qazanc), qayıdış növün şəkilçisi ilə birgə də artırılır. Bəzən növ şəkilçisindən ayrılır: sev-in-c, bəzən ayrılmır: qax-ınc. Bu şəkilçi isim düzəldən –ma, -mə şəkilçisindən sonra da işlənir: qır-ma-c, döy-mə-c (xörək adı) (13, 62)
Avdıx
Avma umac

Значение слова в других словарях