Avstraloid (irq)
Avstraloid irqi — böyük Melanesiya-Avstraliya irqinin tərkibində kiçik irq; bəzən ayrıca böyük irq kimi də qeyd edilir.
== Haqqında ==
Avstraloid geniş irqi təsnifatdır. Konsepsiyası irqi təsnifatın bir tipoloji üsulu ilə yaranmışdır. Cənub-Şərqi Asiyanın,Avstraliyanın və Okeaniyanın tünddərili aborigen əhalisinin mənsub olduğu irq. Avstraloid irqinin klassik tipi, əsasən, avstraliyalılarla (aborigenlərlər) təmsil olunur: ayrı-ayrı xüsusiyyətlərinə Cənubi və Cənub-Şərqi Asiya və Qərbi Okeaniyanın bəzi populyasiyalarında da təsadüf edilir. Avstraloid irqi üçün dərinin tünd rəngli (lakin Afrika zəncilərinə nisbətən bir qədər açıq rəngli), gözün qüzehli qişasının tünd-qəhvəyi, saçın dalğalı, yaxud qıvrım, tünd-bənövşəyi, yaxud qara olması (bəzi populyasiyalarda uşaqların və gənc qadınların saçının nisbətən açıq rəngli olmasına baxmayaraq) səciyyəvidir. Zəncilərdən fərqli olaraq Avstraliya irqinin nümayəndələrinin bədənlərində və üzlərində 3-cü tük örtüyü inkişaf etmişdir, burunları enli, üst dodaqları hündür və qalın, kəllə qutusu orta böyüklükdə, sifətləri ortaenlidir, proqnatizm müşahidə edilir; dişləri çox iri, ətrafları uzundur.