avstraloid

avstraloid, irq
avstraliyalılar
avstralopitek
OBASTAN VİKİ
Avstraloid (irq)
Avstraloid irqi — böyük Melanesiya-Avstraliya irqinin tərkibində kiçik irq; bəzən ayrıca böyük irq kimi də qeyd edilir. == Haqqında == Avstraloid geniş irqi təsnifatdır. Konsepsiyası irqi təsnifatın bir tipoloji üsulu ilə yaranmışdır. Cənub-Şərqi Asiyanın,Avstraliyanın və Okeaniyanın tünddərili aborigen əhalisinin mənsub olduğu irq. Avstraloid irqinin klassik tipi, əsasən, avstraliyalılarla (aborigenlərlər) təmsil olunur: ayrı-ayrı xüsusiyyətlərinə Cənubi və Cənub-Şərqi Asiya və Qərbi Okeaniyanın bəzi populyasiyalarında da təsadüf edilir. Avstraloid irqi üçün dərinin tünd rəngli (lakin Afrika zəncilərinə nisbətən bir qədər açıq rəngli), gözün qüzehli qişasının tünd-qəhvəyi, saçın dalğalı, yaxud qıvrım, tünd-bənövşəyi, yaxud qara olması (bəzi populyasiyalarda uşaqların və gənc qadınların saçının nisbətən açıq rəngli olmasına baxmayaraq) səciyyəvidir. Zəncilərdən fərqli olaraq Avstraliya irqinin nümayəndələrinin bədənlərində və üzlərində 3-cü tük örtüyü inkişaf etmişdir, burunları enli, üst dodaqları hündür və qalın, kəllə qutusu orta böyüklükdə, sifətləri ortaenlidir, proqnatizm müşahidə edilir; dişləri çox iri, ətrafları uzundur.
Avstraloid irqi
Avstraloid irqi (həmçinin kiçik avstraloid irqi, Avstraliya irqi, avstraloidlər) — insan irqlərindən biri. Avstraliya qitəsində yayılmışdır. Veddoid irqi ilə birlikdə böyük avstraloid və ya Veddo-avstraloit irqinə daxildir. Bu, ənənəvi populyasiya genetik təsnifatlarında Veddoid, Melaneziya və digər Şərqi Ekvator yerli irqləri ilə birlikdə avstraloid irq qoluna daxil edilir. Avstraloid irqinin klassik növünün nümayəndələri Avstraliya aborigenləridir. Avstraloid substrat Cənubi və Cənub-Şərqi Asiyanın bəzi populyasiyalarında, eləcə də Qərbi Okeaniyada da mövcuddur. ox güman ki, avstraloidlərin və veddoidlərin əmələ gəldiyi ərazi Qədim Dünyanın tropik qurşağının şərq hissəsi idi - Hindustandan Hind - Çin və Malay arxipelaqına qədər. Avstraliyanın bu ərazidən məskunlaşması paleolitdə. Alimlər güman edirlər ki, avstraloidlərin və veddoidlərin əmələ gəldiyi ərazi Qədim Dünyanın tropik qurşağının şərq hissəsi, Hindustandan Hind-Çin və Malay arxipelaqına qədər olan sahədə idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Алексеева Т. И. (ред.), Богатенков Д. В., Дробышевский С. В. Антропология: Учебно-методический комплекс (PDF).