Avtokataliz
Avtokataliz — kimyəvi reaksiya məhsullarından birinin həmin reaksiyanı sürətləndirməsi. Etilsirkə efirinin suda məhlulunun hidrolizi (CH3COOC2H5 + CH3OOH + C2H5OH) avtokatalizə misaldır. Burada sirkə turşusunun elektrolitik dissosassiyasından alınan H+ ionu reaksiyanı sürətləndirir. reaksiya ilk anlarda həmin məhsulun, yaxud başqa katalizatorun cüzi miqdarda iştirakı, ya da katalitik reaksiyaya paralel gedən qeyri-katalitik reaksiyasının sürəti çox cüzidirsə, 1 müddət müşahidə edilmir. Bu müddətə induksiya dövrü deyilir.
== Sxemi ==
Avtokatalizin elementar sxemi:
А + Р → 2Р
Deməli, reaksiyanın sürəti aşağıdakı kimi ifadə edilir:
r
=
d
[
P
]
d
t
=
k
[
A
]
[
P
]
{\displaystyle r={\frac {d[P]}{dt}}=k[A][P]}
Burada r – reaksiyanın sürəti, [A], [P] – konsentrasiya, k – sürət sabiti.
Əgər reaksiya qapalı sistemdə baş verirsə, onda istənilən vaxt A və P konsentrasiyalarının cəmi sabitdir və ilkin konsentrasiyaların cəminə bərabərdir:[А] + [Р] = [А]о + [Р]о. Bu əlaqədən istifadə edərək kinetik tənliyi aşağıdakı kimi yazırıq:
d
[
P
]
d
t
=
k
(
[
A
]
0
+
[
P
]
0
−
[
P
]
)
[
P
]
{\displaystyle {\frac {d[P]}{dt}}=k([A]_{0}+[P]_{0}-[P])[P]}
Bu tənliyin dəqiq həlli var. Onu dəyişənlərin ayrılması üsulu ilə tapaq:
[
P
]
=
[
A
]
0
+
[
P
]
0
1
+
e
−
(
[
A
]
0
+
[
P
]
0
)
k
t
{\displaystyle [P]={\frac {[A]_{0}+[P]_{0}}{1+e^{-([A]_{0}+[P]_{0})kt}}}}
, t — vaxtdı
Həll şərtlərə cavab verir: [P](0) = [Р]о; [P](∞) = [А]о + [Р]о. Məhlulun qrafiki katalitik reaksiyanın əlaməti olan sigmoiddir.