Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Örnəkləmə
Örnəkləmə (sampling) –verilənlərin müəyyən mənbədən seçilməsi (arıdılması) prosesi. Statistikada: örnəkləmə, böyük qrupun (çoxluğun) göstərilmiş altçoxluğundan verilənlərin seçilməsi prosesidir. Analoq siqnalların rəqəmli formata çevrilməsində: örnəkləmə, müəyyən parametrin, məsələn, temperatur sensorundan, yaxud mikrofondan siqnalın qiymətlərinin dönəmli ölçülməsi və yazılması. Kompüterlərdə, adətən, gərginliklə ifadə olunan analoq siqnalların kompüterin işləyə bildiyi ikilik formaya çevrilməsində analoq-rəqəm çeviricilərdən istifadə olunur. Belə örnəkləmənin iki başlıca xarakteristikası: örnəkləmə sürəti (adətən, bir saniyədəki örnəkləmələrin sayıyla ifadə olunur) və örnəkləmə dəqiqliyidir (bitlə ifadə olunur; məsələn, 8-bitli örnəkləmələr giriş gərginliyini ölçmə aralığının 1/256 dəqiqliyi ilə ölçə bilər). Örnəkləmə sürəti (sampling rate)– fiziki kəmiyyətin, məsələn, səsin dəyişmə tezliyi. Örnəkləmə sürəti nə qədər böyük olarsa, orijinal siqnalı da rəqəmləşdirilmiş şəkildə bir o qədər dəqiq vermək olar. Örnəkləmə sintezatoru (sampling synthesizer) – yalnızca oxunabilən yaddaşa (ROM) yazılmış rəqəmləşdirilmiş səsi səsləndirmək üçün qurğu; məsələn, pianinoda ifa olunmuş, rəqəmləşdirilmiş və yaddaşa yazılmış musiqini sintezator pianino melodiyalarının səslənməsinə bənzər başqa melodiyaların yaradılması üçün istifadə edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Türk çörəkləri
Türk çörəkləri == Tərkibi == 500 q un 10 q duz 1 xörək qaşığı zeytun yağı 10 q şəkər (və ya 2 çay qaşığı bal) 1 paket quru maya (və ya yarım paket təzə maya) 350 ml su 1 yumurta == Hazırlanması == Bütün inqridiyentləri qarışdırdıqdan sonra, onları təxminən 8 dəqiqə, formaya salmaq üçün asan olan xəmir əmələ gələnə qədər yoğurun. Bir kasanı yağlayın, xəmiri ora qoyun və təxminən 1,5 saat gözlədin. Xəmir qalxdıqdan sonra, tavaya bişirmə kağızı sərin. Xəmiri 2 hissəyə bölün, iki dənə yumru və ya kvadrat çörək düzəldin. Yumurtanı sındırın, bir çay qaşığı su əlavə edin, çalın, sonra isə çörəyin üstünə yayın. Xəmiri bir neçə yerdən barmaqlarınızla deşin, üstünə küncüt və qara zirəni səpin. Təxminən 20 dəqiqə gözlədin. 250 dərəcə temperaturda 7–9 dəqiqə sobada bişirin.