Çörəkdar
Çərəkdar — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəkdar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çərəktar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çərəkdar kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Yaşayış məntəqəsini kolanı tayfasına mənsub ailələr Çərəktar adlı yerdə saldıqları üçün belə adlandırılmışdır. Çərəktar "icarəçi" deməkdir. Görunur, kəndin ərazisi əvvəllər əkin sahəsi kimi icarəyə verilirmiş.
Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin mart ayında kənd uğrunda gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 helikopter və 1 tank məhv edilib. Kəlbəcərin işğalı zamanı Çərəkdar kəndi də Ermənistan ordusu tərəfindən işğal edildi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən kənd Rusiya sülhməramlılarının nəzarəti altına keçmişdi.