Çörəkdar

ÇərəkdarAzərbaycan Respublikasının Ağdərə rayonunun Çərəkdar kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çərəktar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.[3] Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çərəkdar kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.

Çərəktar
40°08′39″ şm. e. 46°20′56″ ş. u.HGYO
Ölkə
Region Ağdərə rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 159 nəf. (2005)[1]
Xəritəni göstər/gizlə
Çərəktar xəritədə
Çərəktar
Çərəktar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaşayış məntəqəsini kolanı tayfasına mənsub ailələr Çərəktar adlı yerdə saldıqları üçün belə adlandırılmışdır. Çərəktar "icarəçi" deməkdir. Görunur, kəndin ərazisi əvvəllər əkin sahəsi kimi icarəyə verilirmiş.[4]

Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin mart ayında kənd uğrunda gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 helikopter və 1 tank məhv edilib.[5] Kəlbəcərin işğalı zamanı Çərəkdar kəndi də Ermənistan ordusu tərəfindən işğal edildi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən kənd Rusiya sülhməramlılarının nəzarəti altına keçmişdi. 20.09.2023-cü ildə keçirilən lokal antiterror əməliyyatı nəticəsində kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[6]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd dağətəyi ərazidə yerləşir.

Buzluq yurdu, Əvəlikli yurd, Daşarası yurdu, Həmzəçimən yurd, Kərəmli dağı yurdu, Qalayçı yurd, Şaban yurdu, Ağbulaq yaylağı, Şikarın yurdu.

Tərtər çayı Çərəktar kəndi ərazisində

Qəndi bulağı, Göy talanın bulağı, Novlu bulaq, Sarı bulaq, Şırşır bulaq, Aynanın bulağı, Zimzim bulağı, Turş su, Armudlu bulağı, Xeyrənsə bulağı, Civəli bulağı, Çərəktar bulağı.

Məşhur yerləri

[redaktə | mənbəni redaktə et]

Məhəl təpəsi, Göydağ, Talalar, Kolavat, Qaraqaya, Alçalı boynu, Gəvrişli dərə, Arpaçəpəri, Çınqıllıtəpə, Kilsəli, Dağın qılıncı, Atapəyəsi, Arıq Alının pəyə yeri, Uzuntala, Almalı, Həsən bəyin qozlusu, Qurumdərə, Keş kəndi, Güvəli, Xırmanlar, Edilxan yurdu, Hovuzun dərəsi, Ələsvurulan, Ağavurulan, Əvəzin qəbri, Maralyalayan daş, Təkəyatan qaya, Kollucəvə, Fıstıqlı gərdən, Armudluq, Xanpərinin yeri, Astanın yeri, Bağyeri, Heyvalı, Küptalası, Ayıvurulan, Taplar, Göyqum, Qozluq yeri.[7]

Binələri və qışlaqları

[redaktə | mənbəni redaktə et]

Seyidin binəsi, Xurşudlu binəsi, Məmməd bəyin binəsi, Alı bəyin binəsi, Həsən bəyin binəsi, Uzuntala binəsi, Kollucəvə binəsi.

  1. http://census.stat-nkr.am/nkr/1-1.pdf.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  4. Çərəktar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  5. "26.03.1993 Гетаван-Чарекдар.wmv". 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.
  6. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
  7. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]