Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çığırtı
Çığırtı (həmçinin qışqırıq, bağırtı) — yüksək səs siqnalı yaratmağa yönəlmiş psixomotor fəaliyyət. Heyvanlarda çığırtı informasiyanın ötürülməsinin vacib formalarından biri olduğu halda, insanlarda çığırtı orqanizmin stressə yönəlmiş ümumi fizioloji reaksiyası və diskomfortu ifadə etməklə yanaşı, emosiyaların ifadə formasıdır. Çığırtının yaranması prosesində əsas rolu tənəffüs sistemi oynayır. İnsan çığırtılarının səslənməsi onların yaş və cins xüsusiyyətlərindən asılıdır. Körpələrin qışqırıqları strukturlaşdırılmışdır və spektroqramda normal ağlama ilə bağlı kənarlaşmalar patologiyanı göstərə bilər. Uşaqların çığırtısının ümumi səbəbi diqqəti cəlb etməkdir. Yetkin insanlarda, normal nitqlə müqayisədə, çığırtı formantları daha yüksək tezliklərdə ifadə edilir, e və u kimi sait cütləri üçün baş məsafələri isə azalır. Kişilər tərəfindən çıxarılan çığırtı səsinin tezliyi orta hesabla qadın çığırtılarından daha aşağıdır . Yaşlı insanlar öz eşitmə itkisini aradan qaldırmaq üçün çox vaxt çığırtıdan istifadə edirlər . Normal söhbət zamanı yaranan səs-küy səviyyəsi 60-70 dB, qışqırarkən isə onun dəyərləri 90-110 dB diapazonuna çatır .
Sağ çıqqıltı
Sağ çıqqıltı (ing. Right-click) - siçanın sağ (ikinci) düyməsinin çıqqıldadılması. Windows əməliyyat sistemində sağ çıqqıltıdan, adətən, kontekst menyusunun (CONTEXT MENU) açılması üçün istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Cizgili qızılquş
Cizgili qızılquş (lat. Falco zoniventris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Sianuk cığırı
Sianuk cığırı — Kambocada Vyetnam müharibəsi (1960–1975) zamanı Vyetnam Xalq Ordusu və onun Vyetkonq partizanları tərəfindən istifadə edilən logistik təchizat sistemi. 1966-cı və 1970-ci illər arasında istifadə olunan bu sistem Laos krallığının cənub-şərq hissəsindən keçən və daha çox tanınan Ho Şi Min cığırı ilə eyni şəkildə işləyir, eyni məqsədlərə xidmət edirdi. Bu ad ABŞ tərəfindən verilmişdir və Şimali Vyetnama görə, bu iki sistem ayrı deyildilər. ABŞ-nin bu sistemə mane olmaq cəhdləri 1969-cu ildə başlamışdır. Kissinger, Henry A., White House Years Morris, Virginia and Hills, Clive, Ho Chi Minh's Blueprint for Revolution: In the Words of Vietnamese Strategists and Operatives, McFarland & Co Inc, 2018. Morris, Virginia and Hills, Clive, A History of the Ho Chi Minh Trail: The Road to Freedom, Orchid Press, 2006.
Ho Şi Min cığırı
Ho Şi Min cığırı (ing. The Ho Chi Minh trail, vyet. Đường mòn Hồ Chí Minh), həmçinin Annam dağları cığırı (vyet. Đường Trường Sơn) — Şimali Vyetnamdan Laos və Kamboca krallıqları vasitəsilə Cənubi Vyetnama qədər uzanan logistik yollar və cığırlar şəbəkə. Bu sistem Vyetnam müharibəsi zamanı Vyetkonq və Vyetnam Xalq Ordusuna işçi qüvvəsi və material şəklində dəstək vermişdir. Şəbəkənin tikintisi 1959-cu ilin iyulunda, Şimali Vyetnamın Laosa hücumundan sonra başlamışdır. ABŞ tərəfindən Şimali Vyetnam prezidenti Ho Şi Minin şərəfinə adlandırılmışdır. Adın mənşəyinin Birinci Hind-Çini müharibəsindən gəldiyi güman edilir. Bu dövrdə "Ho Şi Min cığırı marşrutu" adlı Vyetmin dəniz logistikası xətti mövcud idi. 1960-cı ilin sonlarından bəri cığır sistemi inkişaf etmiş, həmn dövrdən qısa müddət sonra "Agence France-Presse" (AFP) şimal–cənub cığırının açıldığını elan etmiş və onlar bu dəhlizə "La Piste de Hồ Chí Minh", yəni "Ho Şi Min cığırı" adını vermişdilər.