Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Geri çəkilmə
Geri çəkilmə — müharibə və hərbi işdə taktiki, operativ və ya strateji manevr. Geri çəkilmə qoşunların və qüvvələrin işğal olunmuş müdafiə xətlərini məcburi və ya qəsdən tərk etməsi, habelə onların öz və ya düşmən ərazisinin dərinliklərində yeni xətlərə çəkilməsidir. Geri çəkilmə, növbəti döyüş əməliyyatlarının aparılması üçün zərbə qüvvələrinin və ya vasitələrinin mühüm hərəkəti və manevridir. Məqsəd hərbi qrupu hücumdan uzaqlaşdırmaq, həmçinin qoşunları yenidən qruplaşdırmaq, əlverişli müdafiə mövqeyini gücləndirmək və ya düşməni hücuma cəlb etməkdir.
Qabarma və çəkilmə
Qabarma və çəkilmə (mədd və cəzr) bir göy cisimi üzərində başqa göy cisimlərinin tətbiq etdiyi kütlə çəkilişi qüvvətləri səbəbiylə olan forma pozulmaları deməkdir. Ən çox bilinəni, Ay və Günəşin nisbi mövqelərindəki dəyişmələrin təsiriylə Yer səthində dəniz səviyyəsində ortaya çıxan dövrlü dəyişmələrdir. Bir gündə, müəyyən saatlarda yer üzündəki suların ard-arda alçalma və yüksəlməsinə qabarma-çəkilmə hadisəsi deyilir. Qabarma-çəkilmə hadisəsinin meydana gəlməsi ayın çəkiliş qüvvətidir. Bu çəkiliş qüvvəti; Ay yer kürəsinin ətrafına dolanarkən dəyişik bölgələri təsir edər və uzaqlığa görə dəyişər. Ay yer planetindən uzaqlaşsa çəkiliş qüvvəti azalar, yaxınlaşdıqca çəkiliş qüvvəti artar. Qabarma-çəkilmə hadisəsi okeanlara daha çox təsir edir. Ay yer kürəsi ətrafında dönərkən, yer kürəsinin bir üzü aya daim daha yaxındır. Bu vəziyyətdə aya yaxın yerdəki sular ay tərəfindən özünə doğru çəkilərlər. Bu vaxt qabaran suların arxasında olan boşluqları yanlardan gələn sular doldurar.
Travmatik çəkilmə sindromu
Travmatik çəkilmə sindromu (isv. uppgivenhetssyndrom) Vətənlərini tərk etmək məcburiyyətində qalan yüzlərlə uşaq və böyüklər yatmaq üçün yataqlarına uzanırlar və yataqdan qalxa bilmirlər. Bu sindromlu insanlar hərəkət edə, yeyə, içə, danışa və ya cavab verə bilmirlər. Dünyanın yalnız müəyyən yerlərində yaranan travmatik çəkilmə sindromunun arxasındakı həqiqət tam olaraq bilinmir. Bu sindromlu insanların ümumi ortaq bir cəhəti var. Sindroma tutulan şəxslər zorakılıqla köç etmək məcburiyyətində qalan və bu səbəbdən travma görmüş immiqrantlardır. Onların əksəriyyəti keçmiş SSRİ və Yuqoslaviya ölkələrindən gələrək İsveçə yerləşənlər olub. Ailələri deportasiya edilməklə hədələndiyi zaman bu insanlar komaya girirlər. Sindromdan qurtulmağın yeganə yolu, immiqrantların İsveçdə qalmasına icazə vermək üçün yaşayış icazəsi qərarıdır. Yaşayış icazəsi alan ailələr, uşaqlarına yaşayış icazəsi ilə birlikdə gələn məktubu oxuduqlarında uşaqlar tədricən oyanmaya başlayır.
Qabarma və çəkilmə enerjisi
Qabarma və çəkilmə enerjisi - Qabarma-çəkilmə səbəbi ilə yer dəyişdirən su kütlələrinin sahib olduğu kinetik və ya potensial enerjinin elektrik enerjisinə çevrilməsidir. Qabarma-çəkilmə enerjisini elektrikə çevirmək üçün geniş şəkildə, uyğun olan qoyların ağzının bir anbarla bağlanılaraq, gələn suyun tutulması, çəkilmə sonrasında da yüksəklik fərqindən faydalanılaraq turbinlər vasitəçiliyi ilə elektrik çıxarılması hədəflənər. 24.8 Saatda bir təkrarlanan qabarma-çəkilmə hərəkətləri, nizamlı bir enerji qaynağı olması baxımından maraqlı olmaqla birlikdə, enerji istehsal müddətinin 6-12 saatla məhdud olması bir üstünlüksüz yaratmaqdadır. Suyun potensial enerjisinin %80-ni elektrik enerjisinə çevirə bilən qabarma-çəkilmə enerjisi, günəş enerjisi kimi digər alternativ enerji qaynaqlarına görə daha yüksək bir məhsuldarlığa malikdir.
Qabarma və çəkilmə elektrik stansiyası
Qabarma və çəkilmə elektrik stansiyası(Q və ÇES) - Dəniz və okean suyunun qabarma və çəkilmə enerjisini elektrik enerjisinə çevirən qurğu (obyekt) - qabarma və çəkilmə elektrik stansiyası adlanır.
Çəkilər
Çəkilər (lat. Cyprinidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinə aid heyvan fəsiləsi. Keçici və yarımkeçici şirinsu balıqlarıdır. 270-dən artıq cinsi, 1800-ə qədər növü əhatə edir. Bütün dənizlərin çaylarının hövzələrində yaşayırlar. Azərbaycan sularında 30-dan artıq növü və 40-a yaxın yarımnövü birləşdirən 20 cinsin nümayəndələrinə rast gəlinir. Ağzı önə doğru çıxır, dişləri yoxdur, üst çənənin kənarları praelxillare-dən əmələ gəlmişdir. Aşağı udlaq qövsləri böyük olub, oraq şəklindədir. Udlaq dişləri inkişaf etmiş və 1-3 sırada yerləşir. Kəllənin alt tərəfində buynuz şəkilli cisim vardır.
Çəkələk
Çəkələk ― yüngül ayaqqabıların bir növü. Çəkələkləri çox vaxt parçadan ya da dəridən düzəldirlər. Bəzi bölgələrdə xalq arasında şəpik adlandırılan bu ayaqqabılar qədim zamanlardan tanınır və isti ölkələrdə, başqa ayaqqabılara nisbətdə daha çox geyinilir. Bəzi çəkələklər isə (məsələn: hamam üçün) rezindən hazırlanır.Tərlik ayaqqabı şəklində ola bilər və ya arxası olmaya bilər (flip-flop). Onların dabanları adətən nazik olur və ayaq üçün çox qorunma təmin etmir. Otellərdə, hamamlarda və s.-də müştərilərə birdəfəlik terliklər verilə bilər.
Yamacların çəkilməsi
Yamacların çəkilməsi (rus. отступание склонов, ing. back wearing, retreat of slopes, waning of slope) — yamacların geri çəkilməsi, yerdəyişməsi. Bu proses yamacları təşkil edən süxurların əsasən fiziki aşınma nəticəsində aşınmış materialların yamacların ətəklərindən nəql edilməsi sayəsində baş verir. Bu proses arid və semiarid iqlim şəraitində yerləşən vilayətlərdə kəskin gedir.
Mondun çarmıxa çəkilməsi
Mondun çarmıxa çəkilməsi (it. Crocifissione Gavari) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1500–1504-cü illərdə yağlı boya ilə işlədiyi portret. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Mondun çarmıxa çəkilməsi əsəri hal-hazırda Böyük Britaniyada London şəhərində saxlanılır.
İsanın çarmıxa çəkilməsi
İsanın çarmıxa çəkilməsi bizim eranın birinci əsrində baş vermiş tarixi hadisədir. Əhdi-Ətiqdə verilən məlumata görə, xristian inancında Tanrının Oğlu və Məsih kimi qəbul edilən İsa, Ponti Pilatın əmri ilə həbs edilmiş, mühakimə edilmiş və nəhayət çarmıxa çəkilmişdir. İsanın əziyyətləri və çarmıxa çəkilməsi xristian teologiyasında, xilas və bağışlanma nəzəriyyələrinin əsasını təşkil edir. İsanın çarmıxa çəkilməsi dörd kanonik İncildə, Əhdi-Cədid məktublarında, bir neçə tarixi mənbədə və qeyri-xristian mənbələrində əks olunmuş tarixi hadisədir, buna görə də bu hadisənin baş verməsi şübhə doğurmayan faktdır. Müasir elmdə İsanın vəftiz edilməsi və çarmıxa çəkilməsi onun həyatı haqqında ən səhih məlumatlar hesab edilir. Məsələn, Ceyms Dann qeyd edir ki, "İsanın həyatından olan bu iki hadisə demək olar ki, bütün tədqiqatçılar tərəfindən qəbul edilir" və razılaşma, həmçinin tarixi faktlar o qədər dəqiqdir ki, bu hadisələrin baş verməsindən şübhə etmək və ya inkar etmək mümkün deyil. Bart Erman qeyd edir ki, İsanın Ponti Pilatın əmri ilə edam edilməsi, onun həyatı haqqında olan ən səhih məlumatdır. Con Dominik Krossan isə qeyd edir ki, İsanın həyatı ilə bağlı heç bir fakt onun çarmıxa çəkilməsi qədər dəqiq deyil. Eddi və Boyd qeyd edir ki, müasir dövrdə qeyri-xristian olan nə varsa İsanın çarmıxa çəkilməsini təsdiq edir. Kreyq Blumberq bildirir ki, tarixi İsanın axtarışında olan əksər tədqiqatçıların İsanın çarmıxa çəkilməsinin tarixi fakt olduğunu mübahisəsiz qəbul edirlər.
Əllə çəkilmiş karikatura
Əllə çəkilmiş animasiya və ya Ənənəvi animasiya hər bir kadrın, ölçülü rəsmlərin kadr-kadr çəkilişinə əsaslanan animasiya texnikası. XIX əsrin sonu - XX əsrin əvvəllərində yaranmışdır. Bu üsul kompüter animasiyasının yaranmasına qədər kinoda dominant olmuş animasiya forması olmuşdur.
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.
Ən yaxşı çəkilmiş planlar
Ən yaxşı çəkilmiş planlar (ing. The Best Laid Plans) — Sidni Şeldonun 1997-ci ildə yazdığı romandır.
Mətnsiz çəkilən Azərbaycan filmlərinin siyahısı
Arzular... Arzular... (film, 1988) Atası yandı (film, 1986) Ay duman, gəl get... (film, 2002) Bir axşam... (film, 1985) Bir dəfə (film, 1990) Çardaş (film, 1973) Daş (film, 1977) Dəniz (film, 1965) Eksperiment (film, 1984) Ədalət (film, 1971) Günlərin bir günündə... (film, 1975) Güzgü (film, 1990)(I) Həmişə təmizlikdə (film, 1985) İbrət dərsi (film, 1984) Karvan (film, 1995) Kədərimiz... Vüqarımız...
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.