Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təpədibi
Təpədibi — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 9 km məsafədə, Araz çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində Təpədib formasında qeyd edilmişdir. Toponim Azərbaycan dilində "dağ" mənasında işlənən təpə sözü ilə "dağın ətəyi" mənasında işlənən dib sözündən əmələ gəlmişdir və "təpə dibində olan kənd" mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Haykavan qoyulmuşdur. Burada ermənilərlə yanaşı 1897-ci ildə 17 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvəllərində, 1906-cı ildə azərbaycanlılar kənddən sıxışdırıb çıxarılmışdır.