Təpədibi — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.[2][3]
kənd | |
Təpədibi | |
---|---|
| |
40°05′ şm. e. 44°03′ ş. u. | |
Ölkə |
![]() |
Region | [[Sərdarabad mahalı]] |
Rayon | [[Sərdarabad rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 860 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
![]() |
Rayon mərkəzindən 9 km məsafədə, Araz çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində Təpədib formasında qeyd edilmişdir[4].[5]
Toponim Azərbaycan dilində "dağ" mənasında işlənən təpə sözü ilə "dağın ətəyi" mənasında işlənən dib sözündən əmələ gəlmişdir və "təpə dibində olan kənd" mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Haykavan qoyulmuşdur.
Burada ermənilərlə yanaşı 1897-ci ildə 17 nəfər azərbaycanlı yaşamışdır[6]. XX əsrin əvəllərində, 1906-cı ildə azərbaycanlılar kənddən sıxışdırıb çıxarılmışdır. İndi ermənilər yaşayır.
Təpədibi — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda dağ. Rayondakı Təpədibi kəndinin ərazisində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[4]. Mürəkkəb quruluşlu oronimdir.