Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qiymə-çığırtma
Qiymə-çığırtma — Azərbaycan ərazisində yayğın olan qədim yemək növlərindən biri. == Tərkibi == Qoyun əti – 163 q. Baş soğan – 40 q. Ərinmiş yağ – 25 q. Yumurta – 2 ədəd. Şüyüd – 12 q. Zəfəran – 0,1 q. İstiot – 0,1 q. Duz –zövqə görə. == Hazırlanma qaydası == Qoyun əti ilə soğandan hazırlanmış qiyməyə duz, istiot və zəfəran vurulub yağda qovrulur.
Çığırtma plov
Çığırtma plov — Azərbaycanda çoxsaylı plov növlərindən biri. Əsasən Qəbələ və şimal bölgələrinə xasdır. == Tərkibi == Toyuq əti – 800 qram, düyü 600 qram, kərə yağı −160 qram, baş soğan 160 qram, yumurta 8 ədəd, limon −60 qram və ya 0.2 qram limon turşusu, yaxud abqora – 80 qram, sarıkök və ya zəfəran – 0.4 qram, duz, istiot, == Hazırlanması qaydası == Plov bişirmək üçün düyü təmizlənir, 2–3 saat islağa qoyulur. Böyük qazanda su qaynadılır və duz vurulur. Su qaynadıqda düyü suya əlavə olunur. Düyü 5 dəqiqə qaynadıqdan sonra süzgəcdən süzülür. Üzərinə soyuq su gəzdirilir. Düyünun üzərinə əridilmiş kərə yağı gəzdirilir. Başqa qazan götürülür, dibinə yuxa və ya qazmaq üçün hazırlanmış xəmir düzülür, üzərinə düyü tökülüb əridilimiş sarıkök və ya zəfəran vurulur. Plovu dəmə qoyduqda mütləq qazanın altında dəmir tava və ya dəmir altlıq olmalıdır.
Qiymə-çığırtma plov
== Tərkibi == Qoyun əti - 165q, düyü - 150q, ərinmiş yağ - 50q, baş soğan - 30q, yumurta - 2 əd., zəfəran - 0,1q, istiot - 0,5q, duz. == Hazırlanma qaydası == Qoyun ətindən hazırlanmış qiymə yağda qızardılır, ayrıca yağda qızardılmış soğan qatılır, üstünə çalınmış yumurta vurulub qızdırığı şkafda bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verildikdə boşqaba plov çəkilir, üstünə qiymə-çığırtma qoyulub yağ tökülür.
Canavarları çağırma (film, 1983)
Canavarları çağırma filmi 1983-cü ildə eyniadlı kitab əsasında Karroll Ballardın rejissorluğu ilə çəkilib, baş rolda Çarlz Martin Smit, Brayan Dennehi və Zakari İttimanqnaq oynayıb. == Məzmun == Tayler (Çarlz Martin Smit) Kanada hökuməti tərəfindən şimal qütb qurdu və maralların sayı arasındakı əlaqəni araşdırmaq üçün göndərilir.