1. Xidmət, iş, vəzifə. O, böyük qulluqdadır.
// İş yeri, iş. [Turab] qulluğa yorğun getdi. Qızarmış gözlərinin altı kölgəli idi.
□ Qulluq etmək – 1) xidmət etmək, bir idarədə və ya başqa yerdə işləmək, rəsmi vəzifədə olmaq.
2) hərbi mükəlləfiyyəti yerinə yetirmək. Orduda qulluq etmək. Hərbi donanmada, aviasiyada qulluq etmək.
Qulluğa durmaq (girmək) – 1) xidmətə girmək, işə girmək.
2) baxmaq, xidmət etmək, qeydinə qalaraq kömək etmək. Xəstəyə qulluq etmək. Yaralıya qulluq etmək. O, qoca anasına yaxşı qulluq edir.
// becərmək, baxmaq. Ağaclara qulluq etmək. Bağa yaxşı qulluq etmək;
3) məc. Bir şeyin xeyrinə, mənfəətinə işləmək, bir məqsədə xidmət etmək, uğrunda çalışmaq. Xalqa qulluq etmək. Vətənə qulluq etmək. İncəsənətə qulluq etmək. Elmə qulluq etmək.
Qulluğunda durmaq (olmaq) – xidmət etməyə hazır olmaq, əmrinə hazır olmaq.
2. Buyuruq, əmr, tapşırıq; xahiş, iş. Mənə aid qulluğunuz? – [Məstan bəy:] Qulluğunuz nədir? – deyə [Nadirdən] sordu.
3. köhn. Hüzur.
□ Qulluğuna gətirmək (çağırmaq) köhn. – böyük bir adamın qabağına, hüzuruna, yanına gətirtmək (çağırtmaq).