Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maldarlıq
Heyvandarlıq — səmərələrindən faydalanan heyvanların daha qısa müddətdə daha çox səmərə verməsini təmin etməyə istiqamətli, əhəmiyyətli bir fəaliyyətdir. İnkişaf etməkdə olan ölkələrin çoxunda malçılıqda heyvan başına səmərə aşağıdır. Buna əks olaraq inkişaf etmiş ölkələrdə baxım, bəsləmə və islah mövzularındakı davamlı inkişaf sayəsində heyvan başına alınan səmərə davamlı artmaqdadır. Yetişdirmə işlərini 3 ana başlıq altında yığmaq mümkündür.
Çinarlıq
Çinarlıq (fars. چنارلق‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 569 nəfər yaşayır (133 ailə).
Çaparlı
Çaparlı (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Çaparlı (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd.
Çaparlı (Ağsu)
Çaparlı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 773 nəfərdir (2009). == Tarixi == Çaparlı Ağsu rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləngəbiz silsiləsinin ətəyindədir. Keçmiş adı Gorus Çaparlı olmuşdur. 1813-cü ildə rus ordusu Azərbaycanı işğal edəndə Tovuz, Şəmkir və Qovlar qədim yaşayış sahələrindən qovulmuş Qaraduzlu və Çaparlı tayfaları, eləcə də Gorusdan Körus tayfalarının bir hissəsi Türkiyənin Qars vilayətinə, az bir hissəsi - 300 ailə isə Şirvan zonasına üz tutublar. Bununla da həmin ailələr Ağsu rayonunun ərazisində məskunlaşaraq, Çaparlı kəndini yaradıblar.
Çaparlı (Şəmkir)
Çaparlı – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyindədir. XIX əsrdə Yelizavetpol (Gəncə) qəzasında maldarlıqla məşğul olan tayfalardan biri də gorus çaparlı adlanırdı. Kənd həmin nəslə mənsub ailələr tərəfindən salındığına görə belə adlandırılmışdır. Etnotoponimdir. == Mədəniyyəti == Çaparlı bazilikası == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Çaparlı bazilikası
Çaparlı alban məbədi (IV-V əsrlər) — Cənubi Qafqaz qaz boru kəmərinin inşaatı ilə əlaqədar 2005-ci ildə Şəmkir rayonunun Çaparlı kəndi yaxınlığında antik və erkən orta əsrlərə aid arxeoloji kompleks tədqiq edilmişdir. Arxeoloji qazıntılar nəticəsində burada alban xristian məbədi və qəbiristanlığı aşkarlanaraq öyrənilmişdir. Qazıntı sahəsinin 6 saylı kvadratında biri digərinin üzərində olmaqla iki bina qalığı üzə çıxarılmışdır. Üst inşaat qatında aşkarlanan tikili güclü dağıntıya məruz qalsa da onun dördkünc biçimdə olduğunu ehtimal etmək olar. Şərq-qərb istiqamətdə 40-50 sm enində divar 2,5 uzunluqda salamat qalmışdı, şərq tərəfdə ona digər bir divar birləşərək bucaq yaradırdı. Çaydaşından inşa edilmiş tikili qalıqlarının X-XI əsrlərə aid olduğu bildirilir. Bu tikilidən altda iri əhəng daşlarından inşa olunmuş, kvadrat biçimli, 25 kv.m. sahəli bina qalığı yerləşirdi. Şərq divarında eni 1,3 m olan qapı yeri vardı. Divarların eni 1,5 m, qapı hissədə isə 1,6 m idi.
Çaparlı bələdiyyəsi
Çaparlı bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Çaparlı bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə.
U (çarlıq)
U ya Şərqi U (çin. ənən. 東吳, sadə. 东吴, pinyin: Dōng Wú, hərfi mənası: "Dun U") — Üç çarlıq dövründə 222–280-ci illərdə mövcud olmuş dövlət . U çarlığı II əsrdə Han sülaləsinə qarşı qalxmış ümumi üsyanların gedişində Yantszı çayının aşağı hissəsini — Çzyandun ərazilərini işğal etmiş Sun Çe (孫策) tərəfindən qurulmuşdur. 200-cü ildə varis Sun Çyuan qonşu əyalətləri get-gedə ələ keçirərək çarlığı genişləndirir. 208-ci ildə, Sun Çyuan Lyu Bey ordusu ilə birlikdə Çibi döyüşündə Vey çarı Çao Çao üzərində qələbə çaldıqdan sonra, 219-cu ildə Vey çarlığının Çzinçjou əyalətini ələ keçirir. 229-cu ildə özünü imperator elan edir. Sun Çzuan özünə Da-di taxt-tac ölkəsinə isə U adını verir. Müasir Nankin, tarixi Çzyankan 建業 şəhərini ölkənin paytaxtına çevirir.
Vey (çarlıq)
Vey çarlığı (çin. 曹魏, pinyin: Cáo Wèi) — Üç çarlıq dövründə ən tanınmış, sərkərdə Çao Çao (曹操) tərəfindən əsası qoyulmuş, 220 - 266-cı illərdə mövcud olmuş dövlət. Çao Çao hakimiyyət zirvəsinə neçə-neçə hərbi yürüşlərdən keçərək çatmışdır. İlk olaraq şəxsi hesabına saxladığı beş minlik dəstəyə malik olan Çao Çao Şandunun qərb hissəsini öz əlinə alaraq, sonradan qonşu əyalətləri də özünə tabe etdirə bilmişdir. O, çox müdrik, soyuqqanlı, qəddar və siyasi hissiyata eyni zamanda dərin hərbi biliklərə malik sərkərdə olmuşdur. Bu cəhətlər onu hökmdarlıq zirvəsinə çatdırmışdır.
Çalalı relyef
Çalalı relyef- barxanlı relyefin analoqu; Ç.r. töküntü yamacı qarşısında üfürülmə çuxurun /çala\ əmələ gəlməsi ilə fərqlənir.Bir-birinə qarşı yönəlmişeyni güclü mövsümi küləklər zamanı köndələn tirələr, bir istiqamətli küləklərin üstünlüyü zamanı isə hakim küləklərə doğru yönəlmiş. "bığlı"tirələr formalaşır. Hündürlükləri 10-70m, diametri 80-200 m arasında tərəddüd edir. Orta Asiyanın qumlu səhralarında, əsasən dağətəyi rayonlarda geniş yayılmışdır.
Çjao (çarlıq)
Çjao (çin. sadə. 趙, pinyin: Zhào) — Döyüşən çarlıqlar dörünə aid e. ə. 403 — e. ə. 222 ci illərdə mövcud olmuş yeddi əsas çarlıqdan biri. Çjao dövləti e.ə. V əsrdə süqut etmiş Çzin dövlətinin əsasında yaranmışdır. Beləki, üç qüdrətli ailən - Han, Vey və Çjao tərəfindən e.
Şu (çarlıq)
Şu (çin. ənən. 蜀漢, sadə. 蜀汉, pinyin: Shǔ Hàn, hərfi mənası: "Şu Han") — Üç çarlıq dövründə 221 — 263 cü illərdə mövcud olmuş dövlət . Şu çarlığının əsası, özünü Han sülaləsinin davamçısı sayan Lyu Bey (劉備) tərəfindən qoyulmuşdur. Lyu Bey “Sarı çalmalılar üsyanını” yatıraraq hakimiyyəti əlinə almış ordu sərkərdəsi olmuşdur. Etdiyi cəhdlərə baxmayaraq uzun müddət ona ərazi bütövlüyünü əldə etmək mümkün olmur. O, ya Vey çarlığının hökmdarı Çao Çao, ya Yuan Şao, ya da Lyu Byaonun tabeçiliyinə keçirdi. Lyu Bey ordusu U çarlığının çarı Sun Çyuanın ordusu ilə müttəfiqləşərək Vey çarı Çao Çao üzərində qələbə çaldıqdan sonra, 208 ci ildə nəhayət Lyu Bey Çzinçjounun şimal hissəsinə sahib olur. Daha sonra cənuba doğru irəliləyərək Ulin və Çanşa şəhərlərini də əlinə keçirərək, Yantszı çayı boyunca üzü yuxarı irəliləmiş olur.
Çaparlı bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çaparlı bələdiyyəsi (Şəmkir)
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bozun 50 çaları
Bozun Əlli Çaları (ing. Fifty Shades of Grey) — Britaniyalı yazıçı E.L. Ceymsin (əsl adı Erika Leonarddır) trilogiyasından birinci kitabdır. Son illərin ən oxunan erotik romanı. Hazırda dünyanın bir çox ölkələrində satış rekordları qıran bu əsəri bir çox tənqidçilər "analar üçün porno" adlandırıblar. == Qısa məzmunu == Erotik məzmunlu "Bozun Əlli Çaları" 22 yaşlı universitet məzunu Anasteyşa Stilin hekayətidir. Təsadüfən 27 yaşlı biznes-maqnat Kristian Qreydən müsahibə almağa yollanan qız az sonra mürəkkəb intim münasibətlərə cəlb olunur. Bəyəndiyi yaraşıqlı kişini sadomazoxist meyillərdən uzaqlaşdırmağa çalışan Anasteyşa Stil tədricən onun seksual köləsinə çevrilir, lakin daha sonra normal eşq istəyi onu bu əsarətdən qurtulmağa sövq edir.
Bozun əlli çaları

Üç çarlıq (dövr)
Üç çarlıq, Саньго (çin. ənən. 三國, sadə. 三国, pinyin: Sānguó) — Qədim Çində 220–280-ci illərdə üç Vey, U, Şu, çarlıqlarının bir-biriləri ilə çəkişdikləri dövr. == Tarixi == II əsrin sonu və III əsrin əvvəllərində Çin ərazisindəki çarlıqlararası çəkişmələrin get-gedə artması ön plana bir neçə bacarıqlı sərkərdələr çıxarmış olur. Bunlardan biri Çao Çao şimalda, Xuanxe hövzəsində hökmranlıq edirdi. Onun ölümündən sonra 220-ci ildə onun oğlu Çao Pey Han sülaləsini bitirib, Vey sülaləsinin əsasını qoyaraq özünü Vey çarlığının hökmdarı elan etmişdir. Digər bir sərkərdə Lyu Bey Han sülaləsinin nümayəndəsi kimi ölkənin cənub-qərbində özünü hökmdar elan edərək Şu çarlığını qurur. Üçüncü bir sərkərdə isə Sun Çyuan cənub-şərqdə paytaxtı Nankin olan U çarlığını qurur. beləliklə üç çarlıq fenomeni ortaya çıxmış olur.
Bozun əlli çaları (film)
Bozun əlli çaları (ing. Fifty Shades of Grey) — 2015-ci ildə Kelli Marselin Britaniya yazıçısı E.L.Ceymsin 2011-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında yazdığı ssenariyə uyğun olaraq rejissor Sem Teylor-Conson tərəfindən erotik-romantik dram janrında çəkilmiş Britaniya-Amerika filmidir. Filmdə Ceymi Dornan gənc biznesmen Kristian Qrey, Dakota Conson isə onunla sadomazoxist münasibət quran gənc kollec tələbəsi Anasteyşa Stil obrazlarını canlandırırlar. İlk dəfə 11 fevral 2015-ci ildə 65-ci Berlin Beynəlxalq Film Festivalında təqdim edilən filmin kinoteatr çıxışı “Universal Pictures” təqdimatında 13 fevral 2015-ci ildə baş tutmuşdur. Tənqidçilərin qarışıq rəylərinə baxmayaraq böyük kassa uğuru əldə edən film, gəlir göstəricilərinə görə bir neçə rekord qırmış və ümumilikdə $569 milyon gəlir gətirmişdir. Hazırda film, 2015-ci ilin dördüncü ən çox gəlirli filmidir. Filmin davamı olacaq “Zülmətin Əlli Çaları” və “Azadlığın Əlli Çaları” filmlərinin müvafiq olaraq 10 fevral 2017-ci il və 9 fevral 2018-ci ildə təqdim ediləcəyi gözlənilir. == Məzmun == 21 yaşlı Anasteyşa “Ana” Stil Vaşinqton Ştat Universitetinin Vankuver, Vaşinqton yaxınlığında yerləşən kampusunda ədəbiyyat üzrə təhsil alır. Otaq yoldaşı Keyt Kavana xəstələndiyi üçün 27 yaşlı biznesmen Kristian Qreylə müsahibəyə Ana getməli olur. Bu müsahibədə Kristian Ana ilə maraqlanır və bir müddət sonra onun dərsdən sonra çalışdığı tikinti materialları dükanına gəlir.
Bozun əlli çaları (film, 2015)

Bozun əlli çaları (film musiqisi)
“Fifty Shades of Grey: Original Motion Picture Soundtrack” E.L. Ceymsin eyni adlı romanı əsasında 2015-ci ildə istehsal edilmiş “Bozun 50 çaları” filminin “Republic Records” tərəfindən 10 fevral 2015-ci ildə çıxarılmış film musiqisi albomudur. == Hazırlanması == Albom haqqında danışıqlara çıxış tarixindən iki il əvvəl, filmin çəkiləcəyi elan edildiyi vaxtdan başlanmışdı. Universal studiyasının film musiqisi və yayımı üzrə prezidenti Mayk Knoblox deyir: “Biz həqiqətən də, musiqinin filmin özəyi olmasını istəyirdik. Planlaşdırırdıq ki, mümkün qədər original material yaradaq, film musiqiləri həm sözləri həm də musiqiləri ilə kitabın məzmununu ifadə etsin.” Beyonse filmlə maraqlanan ilk musiqiçilərdən biri olmuşdur. Knoblox deyir: “O, fikirləşirdi ki, karyerasında nəsə gözəl bir addım ata bilər və ya öz brendi üçün irəliləyiş edə bilər.” Sia Knoblox və musiqi rəhbəri Dano Dano tərəfindən filmdə işə cəlb edilmişdi: “İki əsas qəhrəman arasında ilk dəfə intim yaxınlaşmanın baş verdiyi səhnə filmin ən mühüm anlarından biridir. Sia bizim üçün mahnını ifa etdi və biz dedik ki: “Bu çox yaxşıdı, lakin, bundan daha yaxşısı və ya daha güclü nəsə etmək mümkündürmü?” Sonda biz işi onun öhdəsinə buraxaraq film üçün yaxşı mahnı yazmasını xahiş etdik.” “The Weeknd” layihənin lap əvvəlindən ona qoşulmuş musiqiçilərdən biridir. “Republic Records”un meneceri Tom Makkey qeyd edir ki, “O, müxtəlif səhnələr üçün bir neçə mahnı üzərində işləyirdi. Bəziləri üzərində iş davam etdirildi, bəziləri üzərində isə yox. Lakin o işə davam etdi və sonda “Earned It” mahnısını yazdı ki, bu da onun yaradıcılığında həmin vaxta kimi yazılmış ən böyük mahnı idi. Bu, filmdə iki dəfə istifadə olunmuş yeganə mahnıdır.”12 yanvar 2015-ci ildə E.L.Ceyms film musiqisi albomunun 10 fevral 2015-ci ildə çıxarılacağını elan etmişdi.