Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çarmadaş (Hurand)
Çarmadaş (fars. چرمه داش‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 65 nəfər yaşayır (16 ailə).
Əmir Çalbaş
Əmir Çalbaş (Krım tatarcası: Emir Üsein Çalbaş, rusca: Эмир Усеин Чалбаш; 5 yanvar 1918 – 6 avqust 2005, Aluşta) — Krım tatarı olan döyüş təyyarəçisi, squadron komandanı, sınaq pilotu və Əhmədxan Sultanın dostu. O, iki dəfə Sovet İttifaqı Qəhrəmanlığına namizəd göstərilsə də, bu adı ala bilməmişdir. Krım tatarı olan kasıb ailədə 1918-ci ilin əvvəllərində anadan olmuşdur. Ailənin maddi vəziyyətinə görə erkən yaşlarından kənd təsərrüfatı sahəsində işləməyə başlamışdır. O, həyatının bu dövründə 6 kilometr uzaqlıqda olan Aluşta şəhərinə süd qutuları daşımaqla məşğul olmuşdur. O, 2 il davam etməli olan ibtidai məktəbini uğurla daha tez müddətə bitirmişdir. 4 il yerli məktəbdə təhsil aldıqdan sonra 7 il internat məktəbində təhsil almışdır. 1933-cü il aclığı zamanı o, qısa müddətlik məktəbdən ayılıb aşpaz kimi çalışsa da, müəlliminin danlağından sonra məktəbə geri dönmüşdür. Daha sonra o, Simferopoldakı nəqliyyat məktəbinə yollandı və daha sonra donanma gəmilərində elektrik kimi çalışdı. Orada o, məşhur test pilotu Vladimir Kokkinaki ilə tanış olmuşdur.
Dəniz kənarıyla qaçan Alabaş
Dəniz kənarıyla qaçan Alabaş — Çingiz Aytmatovun yazdığı povest. == Haqqında == "Dəniz kənarıyla qaçan Alabaş" romanında oxucular həyatın çətinliklərinə sinə gərən, ürəklərində işıq daşıyan, xeyirxahlığa çalışan insanların maraqlı taleyi ilə tanış olurlar.
Tülkü və Alabaş (opera)
Tülkü və Alabaş (rusca: Лиса и волкодав) — bəstəkar İbrahim Məmmədovun eyniadlı xalq nağılı əsasında yazdığı üçpərdəli uşaq opera-baleti. Libretto müəllifi Soltan Dadaşovdur. Əsərin premyerası 1964-cü ildə Aleksandr Spendiarov adına Ermənistan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində qoyulmuşdu.
Tülkü və Alabaş (opera-balet)
Tülkü və Alabaş (rusca: Лиса и волкодав) — bəstəkar İbrahim Məmmədovun eyniadlı xalq nağılı əsasında yazdığı üçpərdəli uşaq opera-baleti. Libretto müəllifi Soltan Dadaşovdur. Əsərin premyerası 1964-cü ildə Aleksandr Spendiarov adına Ermənistan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində qoyulmuşdu.
Balabas cins qoyunları (film, 1976)