ALABAŞ

is. İt adı.
Bildi hardansa bunların sorağın; Alabaş kəsdi dəstənin qabağın. A.Səhhət.
[Əlibəndənin] …qəbrinin üstündə bir alabaş köpək bağlanmışdır ki, meyiti aparıb yandırmasınlar. H.Sarabski.

ALABANÇILIQ
ALABAYDAQ
OBASTAN VİKİ
Dəniz kənarıyla qaçan Alabaş
Dəniz kənarıyla qaçan Alabaş — Çingiz Aytmatovun yazdığı povest. == Haqqında == "Dəniz kənarıyla qaçan Alabaş" romanında oxucular həyatın çətinliklərinə sinə gərən, ürəklərində işıq daşıyan, xeyirxahlığa çalışan insanların maraqlı taleyi ilə tanış olurlar.
Tülkü və Alabaş (opera)
Tülkü və Alabaş (rusca: Лиса и волкодав) — bəstəkar İbrahim Məmmədovun eyniadlı xalq nağılı əsasında yazdığı üçpərdəli uşaq opera-baleti. Libretto müəllifi Soltan Dadaşovdur. Əsərin premyerası 1964-cü ildə Aleksandr Spendiarov adına Ermənistan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində qoyulmuşdu.
Tülkü və Alabaş (opera-balet)
Tülkü və Alabaş (rusca: Лиса и волкодав) — bəstəkar İbrahim Məmmədovun eyniadlı xalq nağılı əsasında yazdığı üçpərdəli uşaq opera-baleti. Libretto müəllifi Soltan Dadaşovdur. Əsərin premyerası 1964-cü ildə Aleksandr Spendiarov adına Ermənistan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində qoyulmuşdu.
Alabaşlı
Alabaşlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Alabaşlı qəsəbəsi Qarayeri qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Alabaşlı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Qəsəbə 1931-ci ilə kimi Şəmkir rayonun eyniadlı kəndinin bir parçası olub. == Coğrafiyası və iqlimi == Kənd Bakı-Tbilisi dəmir yolunun üzərində, rayon mərkəzindən 30 km şimal-qərbdə, Qoşqarçayın sağ sahilindən 5 km aralı, Gəncə-Qazax düzənliyi yerləşir. == Əhalisi == Əhalisi 1.3 min nəfərdir. == İqtisadiyyatı == Əhalisinin əsasən məşğuliyyəti üzümçülük və onun emalıdır. Sosial obyektlər mövcuddur.
Alabaşlı hematit yatağı
Alabaşlı hematit yatağı — Azərbaycanın Gəncə şəhərindən 16 kilometr şimal-qərbdə, Şəmkirdən 20 kilometr şərqdə, Kiçik Qafqazın şimal-şərq yamaclarında hematit yatağı. Yatağın geoloji quruluşunda qalınlığı 200–250 metr olan vulkan mənşəli Orta Yura süxurları (tufqumdaşlı, tuf-brekçiya, tuf-konqlomerat) iştirak edir. Bu süxurlarda qalınlığı 1–3 metr olan 10-a qədər hematit layı var. Oxşarlığına və formasına görə yataqda üst və alt filiz təbəqələri ayrılır. Təbəqələrin yatım bucağı 15–20°-dir. Filizin tərkibində 18,3–48,4% dəmir olur. Filizdə hematitdən başqa pirit, xalkopirit, kvars, kaolinit və s. minerallar da var. Yataq hidrotermal mənşəlidir.

Значение слова в других словарях