Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çalpapaq
Çalpapaq — Azərbaycanın milli rəqsi. Belə papağı daha çox qocalar qoyardılar. Rəqs də onlara həsr olunub. Onu qocalar, yaşlı kişilər və qadınlar oynayırlar. Rəqs ağır templi gedir. Hərəkətlər ritmikdir, bir qədər mübaliğəli tərzdədir.
Çarpanak adası
Çarpanak adası (türk. Çarpanak Adası; erm. Կտուց կղզի) — Van (Türkiyə) gölündə kiçik bir ada. Adada XV əsr erməni kilsəsi Ktuts (xarabalıqları) yerləşir. Ada hazırda yaşayış mövcud deyil.
Ageratina jalpana
Ageratina jalpana (lat. Ageratina jalpana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Çalpala (İğdır)
Çalpala — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İğdır şəhərindən 12 km uzaqlıqdadır. İqlimi kontinentaldır. == Tarixi == Əvvəlki adı Kiti olmuşdur. 1992-ci ildə Çalpala olaraq dəyişdirilmişdir. == Əhalisi == Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. Qohumluq əlaqələri olduqca güclüdür. Əhali öz adət-ənənlərinə sıx bağlılığı ilə seçilirlər. == Coğrafiyası == İğdır mərkəzindən 29 km, İrəvandan 47 km uzaqlıqdadır. Kəndin şərqində Bayraktutan, cənubunda Küllük kəndi, şimalında isə Ermənistan yerləşir.
Çapacaq nekropolu
Çapacaq nekropolu — Sədərək rayonunun Sədərək qalasının şərqində, müasir suvarma kanalının ərazisində arxeoloji abidə. == Ümumi məlumat == Nekropoldakı kurqanların biri N.Müseyibli tərəfindən tədqiq edilmişdir. Kurqanaltı qəbir kamerası daş qutu tipli olub orta həcmli daşlardan hörülərək qurulmuşdur. Qəbirin uzunluğu 1.85 metr, eni 1.5 metr, dərinliyi 0.6 metrdir. Qəbir kamerasında insan skeletinin qalıqlarına rast gəlinməmişdir. Tədqiqat zamanı qonur rəngdə bişirilmiş gil qabların parçaları, obsidian qəlpəsi və daşdan hazırlanmış bir ədəd yağdan aşkar olunmuşdur. Çapacaq kurqanı aşkar olunmuş arxeoloji materiallara əsasən əsasən eradan əvvəl 14-13-cü əsrlərə aid edilişdir.
Çaparaq inflyasiya
Yüksək sürətlə inkişaf edən inflyasiya.Qiymətlərin il ərzində 200%-dək artması. Qeyri-bərabər, 10% dən 30% dək dərəcədə sıçrayışlı illik qiymət artımıdır. Hətta başlanğıc mərhələsində (əgər qiymətlərin artımı ildə 5–7% dən 15–17% -dək təşkil edirsə) belə inflyasiya artıq əhəmiyyətli problemlər yaradır, daha yüksək həcmdə olduqda isə təhlükəli olaraq təcili əks inflyasiya tədbirlərinin görülməsini tələb edir. Təsərrüfat proseslərini proqnozlaşdırmaq mürəkkəbləşir, hesablamalarda müxtəlif dollar ya avro olduğu bilinməyən ş. v. (şərti vahid) və sair istifadə olunur. Belə inflyasiya çox vaxt inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur.
Melaleuca campanae
Melaleuca campanae (lat. Melaleuca campanae) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Fragaria campana
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Alanağ (Bostanabad)
Alanağ (fars. الانق‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 3,434 nəfər yaşayır (954 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Bostanabad bölgəsinin Mehranrud kəndistanında, Bostanabad qəsəbəsindən 22 km şimal-qərbdə, Təbriz-Bostanabad avtomobil yolunun 10 kilometrliyindədir.