Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cağacuq
Cağacuq – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Çağacıq Quba rayonunun Talabıqışlaq inzibati ərazi vahidində kənd. Çağacıq çayının sahilində, düzənlikdədir. Kənd öz adını sahilində yerləşdiyi çayın adından almışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 492 nəfər əhali yaşayır.
Çapacaq nekropolu
Çapacaq nekropolu — Sədərək rayonunun Sədərək qalasının şərqində, müasir suvarma kanalının ərazisində arxeoloji abidə. Nekropoldakı kurqanların biri N. Müseyibli tərəfindən tədqiq edilmişdir. Kurqanaltı qəbir kamerası daş qutu tipli olub orta həcmli daşlardan hörülərək qurulmuşdur. Qəbirin uzunluğu 1.85 metr, eni 1.5 metr, dərinliyi 0.6 metrdir. Qəbir kamerasında insan skeletinin qalıqlarına rast gəlinməmişdir. Tədqiqat zamanı qonur rəngdə bişirilmiş gil qabların parçaları, obsidian qəlpəsi və daşdan hazırlanmış bir ədəd yağdan aşkar olunmuşdur. Çapacaq kurqanı aşkar olunmuş arxeoloji materiallara əsasən əsasən eradan əvvəl 14–13-cü əsrlərə aid edilişdir.